Növbəti beynəlxalq konfrans keçiriləcək – Web of Science-də təmsil olunmaq imkanı

Növbəti beynəlxalq konfrans keçiriləcək – Web of Science-də təmsil olunmaq imkanı

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Varazdin Development and Entrepreneurship Agency (VADEA)  təşkilatının qarşılıqlı əməkdaşlığı ilə 25 iyun 2021-ci il tarixində UNEC-də İqtisadi və Sosial İnkişaf  70-ci beynəlxalq elmi konfransı keçiriləcək.

Konfransın tərəfdaşları University North (Xorvatiya Respublikası), Polytechnic of Medimurje in Cakovec (Xorvatiya Respublikası), University of Warsaw (Polşa Respublikası), Mohammed V University in Rabatdır (Mərakeş Krallığı). Mütəmadi olaraq təşkilatçılar tərəfindən konfransın məruzə kitabı tədbirdən sonra Web of Science Core Collection (CPCI-S, CPCI-SSH) bazasında indeksləşmək məqsədilə Clarivate Analytics şirkətinə təqdim olunur.

Konfransın əsas mövzuları:

Davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar;

Sosial iqtisadi inkişafa əsaslanan innovasiya;

Davamlı inkişaf hədəfləri: fiskal və monetar siyasət;

Təbii sərvət gəlirlərinin soial-iqtisadi aspektləri;

Qeyri-müəyyənlik şəraitində şirkətlər;

Bürokratiya və yaradıcı sahibkarlıq.

Elmi məruzələrin son təqdim olunma tarixləri:

Xülasələrin son qəbulu – 20 aprel 2021-ci il;

Xülasələrin qəbulu haqqında bildiriş – 25 aprel 2021-ci il;

Elmi məruzələrin son qəbulu 25 may 2021-ci il;

Elmi məruzələrin qəbulu haqqında bildiriş 30 may 2021-ci il;

İlkin qeydiyyat – 5 iyun 2021-ci il;

Son qeydiyyat – 15 iyun 2021-ciil.

Elmi məruzələr qeyd olunan şərtlərə uyğun tərtib edilməli və qeydiyyatdan keçərək təqdim olunmalıdır. Məruzələrinin qəbulu haqqında bildiriş alan UNEC və Azərbaycanın digər ali təhsil müəssisələrinin nümayəndələri konfrans proqramında yer almaq üçün linkindən qeydiyyatdan keçərək, 5 iyun 2021-ci il tarixinədək konfransda iştiraklarını təsdiqləməlidir.

Azərbaycan ali təhsil müəssisələrinin və UNEC nümayəndələri konfransa məruzə təqdim edərkən aşağdakı nüansları nəzərə almalıdır:

Müəllif tək və ya həmmüəllifli olmaqla bir elmi məruzə təqdim etməli;

Həmmüəllifliklə təqdim olunan məruzələrdə UNEC nümayəndəsi birinci müəllif kimi qeyd olunmalı;

Elmi məruzə akademik ingilis dilində yazılmalı;

Müəllif elmi məruzəni saytda göstərilən qaydalara uyğun tərtib və təqdim etməli;

Müəllif ilk olaraq xülasəni o, qəbul olunduqdan sonra məruzəni təqdim etməli;

Məruzələrdə istinad edə biləcəyiniz UNEC nəşri olan elmi nəşrlər, məqalə və məruzələr.

Qeyd olunan son qəbul tarixlərindən gec xülasə və ya elmi məruzə təqdim etmək olmaz.

Konfrans haqqında əlavə məlumat almaq üçün esd_conference@unec.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?