“Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin təminatıdır”

28.10.2023
“Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin təminatıdır”

27 oktyabr 2023-cü il tarixində ADPU-nun Quba filialında Quba-Xaçmaz Regional Gənclər və İdman ldarəsinin və Quba Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Quba Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətindən zabit Nail Əliyev və Azər Rüstəmov iştirak etmiş, yol hərəkəti qaydalarına əməl etməyin hər kəs üçün vacib amil olduğu barədə tələbə-gənclər arasında maarifləndirmə işi aparmış və “Yol Hərəkəti haqqında Qanun”da nəzərdə tutulmuş inzibati xətaları əks etdirən maddələr barəsində dolğun məlumat vermişlər.

Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?