ADPU-nun Quba filialının kollektivi Anım Günü ilə əlaqədar Şəhidlərimizin əziz xatirəsini yad edib

27.09.2021
ADPU-nun Quba filialının kollektivi Anım Günü ilə əlaqədar Şəhidlərimizin əziz xatirəsini yad edib

Məhz həmin gün MN -nin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov düşmən təxribatlarının qarşısını almaq üçün Azərbaycan ordularının bütün cəbhə boyu əks-hücum əməliyyatı həyata keçirdiyini elan etdi. Beləcə tarixə ll Qarabağ müharibəsi, Vətən müharibəsi, “Dəmir yumruq əməliyyatı”  adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başladı.
Müharibə zamanı Azərbaycan xalqı heyran olunacaq birlik və bərabərlik nümayiş etdirərək Cənab Prezidentimiz, Ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq  Cənab Prezident İlham Əliyevin 02 dekabr 2020 – ci il Sərəncamı ilə hər il 27 sentyabrın Anım Günü kimi qeyd edilməsinə qərar verilmişdir.
Anım Günü ilə bağlı olaraq ADPU – nun Quba filialının bütün əməkdaşları şəhidlərə öz dərin ehtiramını bildirmək, bir vətəndaş kimi öz mənəvi borclarını yerinə yetirməm  üçün Quba Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarı üstünə əklil və gül dəstələri qoyuldu. Daha sonra direktor Yusif Alıyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə filialda ehsan süfrəsi açıldı. Ehsan süfrəsində Cənab Ali baş Komandanın rəhbərliyi ilə ordumuzun döyüş yollarından, qəhrəmanlarımızın igidlik və qorxmazlıqlarından danışan direktor dosent Yusif Alıyev şəhidlərimizin xalqımız və dövlətimiz üçün bir an belə fikirləşmədən canlarından keçdiklərini qeyd etdi.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?