Quba filialının qabaqcıl müəllimləri təltif edilib

11.01.2024
Quba filialının qabaqcıl müəllimləri təltif edilib

ADPU-nun Quba filialında uğurlu pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsindəki əməyinə görə və 60 illik yubileyi münasibətilə baş müəllim Xudyar Daşdəmirov və uğurlu pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsindəki əməyinə görə və 50 illik yubileyi münasibətilə baş müəllim f.f.d Vüqar Teymurxanlı Filialın direktoru dosent Yusif Alıyev tərəfindən Fəxri fərmanla təltif ediliblər.

Bu münasibətlə Filial rəhbərliyinin təşəbbüsü və Ədəbiyyat və dillər kafedrasının müdiri dos.Gülşən Ağabəyin təşkilatçılığı ilə Filialın Heydər Əliyev adına lektoriyasında strukturların və kafedra əməkdaşlarının iştirakı ilə tədbir təşkil edilib, hər iki yubilyara xoş arzular ifadə edilib.

Bir daha hər iki həmkarımızı səmimi qəlbdən təbrik edir, iş və şəxsi həyatlarında uğurlar arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?