ADPU-nun Quba filialının tanıtımı layihəsi çərçivəsində “KASPİ TƏHSİL MƏRKƏZİ”nin Mərdəkan filialının kollektivi filialda olub

06.06.2023
ADPU-nun Quba filialının tanıtımı layihəsi çərçivəsində “KASPİ TƏHSİL MƏRKƏZİ”nin Mərdəkan filialının kollektivi filialda olub

Tanıtım proqramına uyğun görüş zamanı Kaspi Təhsil Mərkəzinin Mərdəkan filialının rəhbəri Gülnurə Abbasova və mərkəzin müəllim-şagird kollektivi filial ilə tanış olublar.

Görüş zamanı Filialın İKT şöbəsinin müdiri Yusif Abayev, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini Nübar Bayramova, Riyaziyyat və informatika kafedrasının müdiri v.m.i.e., r.f.d.Nurbala Süleymanov tərəfindən filalın ixtisasları, tədris prosesi, kadr hazırlığı, pedagoji heyət və təlim-tərbiyə haqqında geniş məlumat verilmiş, qeyd edilmişdir ki, Filialda son 4 ildə yeni iş otaqları istifadəyə verilmişdir ki, bu da özlüyündə Maliyyə şöbəsinə iki otaq, direktor köməkçisinin otağı, KTŞ-nin otağı, Heydər Əliyev lektoriyası, 200 yerlik böyük AKT zalı, 75 nəfərlik Riyaziyyat auditoriyası, İRKŞ-nin otağı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Şəhid olmuş qəhrəman oğulların şərəfinə auditoriyaların açılması, İnzibati binanın girişi (foye), Bayraq dirəkləri, Yağışlıq, həyətin asfaltlanması, Yeməkxananın təmiri (Pedaqoji Kafe), yeni giriş-çıxış məntəqəsinin tikilməsi, çöl divarlarının boyanması, meyvə bağının salınması və sair olmaqla görülən işlərin bir qismidir.

Hazırda filialda 11 ixtisas üzrə qəbul aparılır ki, bu da fəaliyyətə 2 ixtisasla başlayan bölgə ali məktəbi üçün olduqca böyük nəticədir.

Sonda universitetlə tanışlıq olub və xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?