Adpu Qubada bahar təravəti

27.03.2024
Adpu Qubada  bahar təravəti

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Quba Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Quba Uşaq Musiqi Məktəbinin və Quba Uşaq İncəsənət Məktəbinin, GİKM-in Quba Xaçmaz Regional nümayəndəliyinin, Qafqaz TV-nin birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr edilmiş “Novruz Həmrəyliyi” adlı tədbir keçirilib.

Tədbirdə Filialın direktoru f.e.d., dosent Yusif Alıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, görkəmli və çox sevilən şair, AYB-nin Quba bölməsinin sədri Ramiz Qusarçaylı, Qafqaz Tv-nin direktoru Eltən Qədimbəyli, Quba Uşaq Musiqi məktəbinin direktoru İlqar Məmmədov, Quba Uşaq İncəsənət məktəbinin direktoru Sadiq Məmmədov, GİKM-in Quba Xaçmaz Regional nümayəndəliyinin əməkdaşı Eyvaz Xeyrullayev, şəhid ailələri, qazilər, qonaqlar, filialın professor və müəllim kollektivi, tələbə heyəti iştirak edib.

Novruz oyunları oxatma, qol gücü, ipdartma, kötük oyunu ilə başlayan tədbirdə əvvəlcə tələbələrin əl işlərindən ibarət xonça və rəsm sərgiləri nümayiş etdirilib.

Daha sonra tədbir f.f.d. Aytən Qurbanova, Səma Asəfova, Rəşad Abdullayevin moderatorluğu ilə davam edib, tanınmış və gənclər tərəfindən sevilən müğənni Hünkar Caanın, Bahar qızının, Kosa və Keçəlin tədbirdə iştirakı da tədbirə maraq qatıb.

Daha sonra tədbir biri-birindən gözəl musiqi, şeir və rəqs nömrələri ilə davam etdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?