ADPU-nun Quba filialında Özbəkistanın Termiz Dövlət Universitetindən gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib

12.10.2022
ADPU-nun Quba filialında Özbəkistanın Termiz Dövlət Universitetindən gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib
Görüşdə filologiya elmlər doktoru, professor, Əməkdar müəllim, şair, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə xanım Nağıqızı, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Termiz davlat universitetinin prorektori, filologiya fanlari uzra falsafa doktori, dotsent Obidjon Shofiyev, Azərbaycan və türk dünyasının tanınmış şairi və publisisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı, filologiya fakültəsinin dekan müavini Könül xanım Həsənova, Filologiya fakültəsinin dekan müavini dosent Pəri xanım Paşayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nurəngiz Mahmudova, Filologiya fakültəsinin müəllimi dosent Fəxrəddin Yusifov, Nazokat Panjiyeva – doktorant, riyaziyyatçı, Shoira Omonturdiyeva – doktorant, filololog, dilshunos, Abdulhamid Choriyev – Universitet IT markazi rahbari, doktorant, informatic, Inobat Karimova- universitet matbuot xidmati rahbari, journalist, Izzat Tolipov – universitet Genjlar tashkiloti rahbari, Obidxon Nizomiddinov – magistrant, dilshunos, Muhammadiyeva O‘g‘iloy – rassomlik ixtisosligi 4- kurs talabasi, Rustamov Ramazon – informatika ixtisosligi 3 kurs talabasi, Ismoilova Sabina – psixologiya ixtisisligi 3 kurs talabasi,Quba filialının professor- müəllim və tələbə kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan dosent Y.Alıyev qeyd edib ki, bugün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında çox önəmli, böyük, təntənəli bir gün yaşanır. Bugün biz burada Özbəkistan təhsil ictimaiyyətinin nümayəndələrini salamlayırıq və ADPU-nun Quba filialı olaraq beynəlxalq sahədə ilk addımımızı atırıq. İlk olaraq bu şəraiti yaratdığına görə ADPU-nun rektoru prof.Cəfər Cəfərova və ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Mahirə xanım Hüseynovaya təşəkkür və minnətdarlığımızı bildiririk ki, bugün bizlərə təhsilimiz üçün çox önəmli olan belə bir əlaqəni yaratmağa kömək etmişdir. Belə ki, bugün ADPU-nun Quba filialı ilə Özbəkistan Respublikasının Termis Dövlət Universitetilə təhsil sahəsində əlaqələrin qurulması üçün ilk addımlar atılacaqdır. Bununla bağlı müzakirələr, görüləcək işlər haqqında bugünkü görüşdə bir nəticəyə gəlməyə çalışacağıq.Daha sonra dos.Yusif Alıyev Termiz Dövlət Universiteti ilə əməkdaşlıqda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mərkəzinin böyük əməyinə görə Mərkəzin rəhbəri Samir Abbasova dərin təşəkkürümüzü bildiririk.
Dos.Y.Alıyevin gələn qonaqların hər birini salamladıqdan sonra Özbəkistan və Azərbaycan Respublikalarının dövlət himnləri səsləndirilmişdir. Görüşün davam edən dəqiqələrində dos.Y.Alıyev sözü bu görüşün ərsəyə gəlməsində böyük əməyi olan dəyərli şairə Mahirə xanım Nağıqızına verərək qeyd etmişdir ki, o, zəngin yaradıcılığı öz şəhdini, şirəsini xalqımızın minilliklər boyu yaşatdığı milli folklorumuzdan almış, ona yeni rəng, yeni nəfəs, yeni ruh qataraq çağdaş dövrümüzün söz xəzinəsində əbədiyyət qazandırmışdır. Mahirə xanım Hüseynova bu görüşdə iştirak edən hər bir kəsi salamlamışdır. Həm ADPU-nun Quba filialının, həm də gələn qonaqların doğmalığını eyni kökdən olmağımızdan, qanımızdan, canımızdan irəli gəldiyi, tədbirin isti münasibətlər üzərində qurulması özünü hər addımda göstərir. Dəyərli professor müəllim heyətinə və əziz tələbələrin diqqətinə çatdıraraq qeyd edib ki, bu bizim ilk addımımız deyil, biz Avropa ölkələri, eyni zamanda Türkiyənin reytinqli universitetləri ilə əlaqələrimiz genişdir və bu əlaqələrin güclənməsi üçün əlimizdən nə gəlirsə onu edirik. Üzünü tələbələrə tutaraq, Erasmus+ layihələrinə toxunan professor bildirdi ki, bu layihə çərçivəsində Danimarka, Avstriya, Almaniya, Fransa kimi digər ölkələrə tələbə mübadilələrimiz olur, eyni zamanda müəllimlərimiz təcrübə qazanmaq üçün həmin pedaqoji yönümlü universitetlərdə olurlar. Pedaqoji yöndə olması bizim müəllim hazırlayan 100 illik universitet olmağımızdan irəli gəlir. Və biz yeniliyə doğru daim can atan universitetik, belə ki, indiyə kimi universitetimizdən çox sayda tanınmış ictimai xadimlər, görkəmli elm adamları məzun olmuşdur. Bu göstəricilər bizim universitetin yüksək səviyyədə təhsil verməsindən irəli gəlir. Eyni zamanda dəyişən dünyamızda inteqrasiya etmək hər bir birimizin borcudur.Bu sahədə təşəbbüsləri ilə fərqlənən filialın direktoru dosent Yusif Alıyevin də əməyini xüsusilə qeyd etmişdir.
Daha sonra müzəffər Ali Baş Komandanın 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbəmizə toxunmuş və qeyd etmişdir ki, bu il qardaş Türkiyə dövləti bizim Zəfər Bayramımızı Ankarada – Qazi Universitetində qeyd edəcəklər. Biz də orada universitetin böyük professor-müəllim heyəti ilə iştirak edəcəyik. Bu bizim bayramımızdır, bu bizim türk dünyasının bayramıdır. Dünən isə tamamilə yeni bir səhifə Yusif müəllimin təşəbbüsü sayəsində ərsəyə gəldi. Termis Universitetinin tələbə və müəllim heyətinin iştirakı ilə belə bir böyük heyəti qəbul etdik, danışıqlar oldu. Bölgə universitetləri arasında əlaqələrin yaranması, mübadilələr, proqramlara yenidən nəzər salmaq, keçirilən fənlərin fərqliliyini yoxlamaq çox önəmlidir. İndi əlaqələrimiz genişləndikcə biz türkçülük yönündə böyük addımlar atırıq, buda gənc nəslin gələcəkdə Turan adlı böyük dövlətin həqiqi vətəndaşları olmaq deməkdir. Biz başladıq, bunu isə gənc nəsil davam etdirəcək.
Daha sonra çıxış edən Termiz davlat universitetinin prorektori, filologiya fanlari uzra falsafa doktori, dotsent Obidjon Shofiyev qeyd edib ki,
bu günki mötəbər tədbirdə Azərbaycan və Özbəkistan universitetləri ilə əlaqələrindən danışıldı,, əməkdaşlığın daha da genişləndirilməsi vacibliyinin, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə əlaqələrin inkişafından danışıldı,. Termiz Dövlət Universiteti ilə Azərbaycanın ali məktəbləri arasında geniş mübadilə aparılması məsələlərinə toxunuldu. İki ölkə arasında dostluq, əməkdaşlıq məsələləri, bu istiqamətdə həyata keçiriləcək işlər barədə məlumatlar verildi, tədbirin təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Tədbir Səma Asəfovanın moderatorluğu ilə davam edib, o, Özbək dilində qonaqların salamlayıb, daha sonra qeyd edib ki , Mahirə xanım Nağıqızı zəngin yaradıcılığı öz şəhdini, şirəsini xalqımızın minilliklər boyu yaşatdığı milli folklorumuzdan almış, ona yeni rəng, yeni nəfəs, yeni ruh qataraq çağdaş dövrümüzün söz xəzinəsində əbədiyyət qazandırmışdır. Şair əsrlərdən süzülüb gələn qədim adət -ənənələrə söykənərək, milli kimliyimizi, mənəvi-əxlaqi dəyərlərimizi, xalqımızın mübarizələrlə dolu qəhrəmanlıq salnaməsini öz poetik dünyasında qərarlaşdırmış, fəlsəfi məzmun və mündəricəyə malik olan yüksək tendensiyalı əsərlər yaradaraq oxucuların ixtiyarına vermişdir.
Tədbirdə Mahirə xanım Nağıqızının Vətənə, zəfərə həsr edilmiş şeirlərini səsləndirib.
Tədbirdə çıxış edən tanınmış və vətənpərvər şairimiz, “Vətən” poemasının müəllifi, Ramiz Qusarçaylı da qonaqları Qubada görməkdən qürur duyduğunu diqqətə çatdırıb, onların hər birini Qubanın Şahdağından, Şahdüzündən və Şahbulağından salamlayıb.
Daha sonra çıxış edən dosent Fəxrəddin Yusifov filialda illər ərzində hər mənada dos.Y.Alıyevin rəhbərliyi ilə inkişafın getdiyinin şahidi olduğunu bildirib, tələbələri ancaq yüksək şəkildə oxumağa səsləyib, Sonra tədbirdə ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev çıxış edib.O, Özbəkistan və Azərbaycan ədəbiyyatının oxşar məqamlarını diqqətə çatdırıb. Sonda qonaqlara hədiyyələr təqdim edilib.
Xatirə şəkli çəkdirilib.
Tədbirdən sonra universitetlə tanışlıq olub.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?