Bütün dünyanı cənginə alan Koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bununla əlaqədar olaraq mart ayının 3-dən Respublikada fəaliyyət göstərən bütün idarə, müəsissə, təşkilatlar o, cümlədən tədris ocaqları da öz fəaliyyətlərini dayandırmalı oldu. Bizim əmək fəaliyyəti göstərdiyimiz təhsil ocağı olan ADPU-nun Quba filialı tədris ilinin 2-ci yarısı pandemiyaya düşməsinə baxmayaraq müəyyən faiz əməkdaşlar işə cəlb olunmaqla işin gedişini ləngiməyə qoymadı. Ümumi şöbə demək olar müntəzəm olaraq işdə olmaqla bərabər lazım olan zamanlar struktur rəhbərlərini və müvafiq şöbələrin bəzi əməkdaşlarını karantin qaydalarına riayət etməklə ümumilikdə işçi sayının 30% dən çox olmayaraq işə davamiyyətini təşkil etmişdir. Növbəli şəkildə işə cəlb olunan işçilərin sağlamlığının qorunması məqsədilə mütəmmadi ploflaktik qaydada tədbirlər görülmüş və təlimatlar verilmişdir. Pandemiya şəraiətində evdəqal kompaniyasına dəstək məqsədilə filialın bütün əməkşadları ilə online qaydada görüşlər təşkil edilmiş COV-19 virusun fəsadları və insan sağlamlığı üçün təhlükələri haqqında informasiya təbliğatı aparılmışdır. Filial rəhbərliyi dosent Yusif Aliyevin tapşırığına əsasən ümumi şöbə pandemiya şəraiəti olmasına baxmayaraq bir ilə yaxın müddət ərzində də daim işçilərin sosial maddi durumları və sağlamlıqları ilə maraqlanmış, müvafiq qaydada maddi və mənəvi dəstək nümayiş etdirmişdir. Pandemiya dövründə də şöbənin fəaliyyitin düzgün qurmaqla şöbəmizə daxil olan bütün məktublar vaxtında cavablandırılmış lazimi təşkilatlara göndərmiş, strukturlardan daxil olan əmrlər müvafiq qovluqlara yerləşdirilmiş qeydiyyata alınmışdır. Əmək məzuniyyəti qrafikinə əsasən növbəlilik prinsipi əsasında işçiləri əmək məzuniyyətinə göndərmiş və əmək məzuniyyətədən qayıdan əməkdaşlarla pandemiya ilə bağlı proflaktik qaydada online şəkildə görüşlər təşkil edilmiş. Növbəli şəkildə işə cəlb olunduqda pandemiya qaydalarına riayət etməyi tələb edilmişdir. Sentyabr ayında müvafiq əmrlə işə qəbul olunan əməkdaşlarla əmək müqaviləsi bağlanılıb elektron hökumət portalına işləmişik. İşçilərin hər ay əmək haqqı ilə bağlı tabel uçot vərəqələri vaxtında tərtib edib, təsdiqlənib hesablanmaq üçün mühasibatlığa təqdim etmişik. Azərbaycan Respublikasının Nazirlər kabineti yanında Operativ Qərargahın və Təhsil Nazirliyinin müvafiq məktublarına əsasən Covid-19 virusuna yoluxma hallarının qarşısının alınması məqsədilə 30 faiz əməkdaşın işə cəlb olunması ilə bağlı yeni daxili əmr hazırlayaraq karantin qaydalarına ciddi əməl etmələrinə görə nəzarət qrupu yaradaraq, işi bu istiqamətdə qurmuşuq.
Şöbəni fəaliyyətinin şəffaflığının qorunması məqsədilə hər ay filial rəhbərliyinə yazılı qaydada, işçilərin say tərkib, yaş qrupu və vakant vəzifələr haqqında məlumatları isə müvafiq dövlət qrumlarına təqdim edilir.
Bundan başqa Ümumi şöbə rəhbərliyin onlayın qaydada təşkil etdiyi bütün konfrans və tədbirlərdə yaxından iştirak etmişik. Filialın ümumi işlərində yaxından iştirak etməklə, digər şöbələrin işlərinin düzgün qurulmasında da köməklik göstərmişdir.
Ümumi şöbənin müdiri Sahilə Ağasiyeva