“Ümummilli lider Heydər Əliyevin dövlətçilik təfəkkürü və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasına gedən yol”

18.10.2023
“Ümummilli lider Heydər Əliyevin dövlətçilik təfəkkürü və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasına gedən yol”

ADPU-nun Quba filialında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və 18 Oktyabr – Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təfəkkürü və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasına gedən yol” mövzusunda elmi-praktiki konfrans keçirilib

Konfrans Filialın Gənc Alimlər və Tədqiqatçılar Şurasının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ərsəyə gəlib.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib və ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin Məktəbəqədər təhsil ixtisasının III tədris ili tələbəsi Nərmin İskəndərovanın moderatorluğu ilə davam edən konfransda geniş məruzə ilə çıxış edən Filialın direktoru dosent Yusif Alıyev gənclərin vətənpərvər şəxsiyyət kimi yetişmələri üçün qarşıda duran vəzifələrdən, hər bir Azərbaycanlının qalib xalqın nümayəndəsi kimi öz məsuliyyətini hiss etməsindən bəhs edib, Azərbaycanın tarixi ilə bağlı vacib məqamlara toxunub, qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli ideya Azərbaycan dövlətçiliyinin əsaslarıdır. Bu milli ideya ətrafında Azərbaycan xalqı gələcəyə doğru gedir, inkişaf edir. Milli ideya Azərbaycan xalqı üçün daimidir və Azərbaycanın daxili və xarici siyasətini müəyyənləşdirmək, iqtisadi inkişafını təmin etmək baxımından olduqca vacibdir. Sevindirici haldır ki, bu gün bu ideyalar ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.Buna görə də Azərbaycan dünyada qalib dövlət kimi çıxış edir. Direktor həm də çıxışında bildirib ki, 2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi ki, bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.  Daha sonra tələbə-gənclərlə fikir mübadiləsi aparıb, onlara bir müəllim-rəhbər kimi cəsarətli şəkildə Azərbaycanın dövlətçilik prinsiplərinə əsaslanan maraqlarını müdafiə etməyi, dilini, mədəniyyətini, təbiətini, tarixini, şanlı zəfərini daha böyük auditoriyalarda şərəflə təbliğ etməyi tövsiyə edib, onlarda motivasiya yaradıb. Daha sonra konfransda ADPU-nun Quba filialının Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri Elbrus Əhmədov, Filialın Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aygün Şıxbabayeva, Filialın Fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Zəhra Məmmədova, Filialın MQT ixtisasının III tədris ili tələbəsi Əsmər Babayeva çıxış edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?