İşgüzar və akademik münasibətlərdə əməkdaşlıq

06.04.2023
İşgüzar və akademik münasibətlərdə əməkdaşlıq

ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının AZD 2202B qrupunda Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnində əməkdaşlıq dərsi keçirilib

Dərsi filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Mələk Bağırova və Riyaziyyat və informatika kafedrasının müəllimi Hikmət Musayev keçib.

“Onlayn işgüzar kommunikasiya və kompüter internet diskursu” mövzusunda olan dərs zamanı müəllimlər tələbələrə nəzəri və təcrübi məlumatları daha səmərəli şəkildə çatdırmış, dərsdə mövzuya uyğun tələbələrin hazlrladıqları slaydlar da nümayiş etdirilmişdir.

Ümumilikdə müəllim-tələbə, müəllim-müəllim səmərəli əməkdaşlığının dərsin keyfiyyətinə təsiri üzə çıxarılmış, qeyd edilmişdir ki, tədris təkcə metod və vasitələrinin tətbiqindən ibarət deyil, bu gün şagirdlərdə əməkdaşlıq, komanda şəkilində işləmək bacarığının formalaşdırılması da müasir təhsilin qarşısına qoyduğu əsas məqsədlərdən biridir.

Qeyd edək ki, dərs Filialın İnformasiya Kommunikasiya Laboratoriyasında keçirilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?