Filialda “Bərabərlik üçün öyrənmə: inklüziv vətəndaşlıq təhsilinin bu günü və gələcəyinə” dair seminar keçirilib.

22.07.2022
Filialda “Bərabərlik üçün öyrənmə: inklüziv vətəndaşlıq təhsilinin bu günü və gələcəyinə” dair seminar keçirilib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–tədris mərkəzinin və ADPU Quba filialının birgə təşkilatçılığı ilə keçirilən “Bərabərlik üçün öyrənmə: inklüziv vətəndaşlıq təhsilinin bu günü və gələcəyinə” dair seminarda filialın direktoru dosent Yusif Alıyev, Azər Ramazanov, Yaşlıların Təhsili Assosiasiyası, Sədr, Sevinc Məhsimova, UNEC, İnklüziv Təhsil Mərkəzinin koordinatoru
Ramil İskəndrəli, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi, Sədr Telman Yolçuyev, Əlil Təşkilatları İctimai Birliyi, Məsləhətçi, Eynulla Xeyrullayev – Qubada fəaliyyət göstərən QHT-nın rəhbəri, həmçinin filialın professor, müəllim və tələbə kollektivi iştirak edib.
Qonaqları salamlayan filialın direktoru dosent Y.Alıyev qeyd edib ki, filialda son dövrlər olduqca yüksək keyfiyyətli layihələrə imza atılır.Bu layihə də onlardan biridir.Belə bir layihənin filialımızda keçirilməsi üçün ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə xanım Hüseynovaya da kollektivimiz adından xüsusi təşəkkür edirik.
Daha sonra filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva qonaqları salamlayıb, İnkluziv təhsil, İnkluziv cəmiyyət, filialda İnkluziv təhsil sahəsində müəllimlərin bilik və bacarıqlarının artırılmasına dair keçirilən layihələrdən danışıb.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzinin, Almaniya Vətəndaşlıq Təhsili üzrə Federal Agentliyi və Şərqi Avropa Vətəndaşlıq Təhsili Şəbəkəsi və ADPU-nun Quba fillialinın birgə təşkilatçiliğı ilə “Bərabərlik üçün öyrənmə: inklüziv vətəndaşlıq təhsilinin bu günü və gələcəyinə” dair seminarda inklüziv vətəndaşlıq təhsili sahəsində çıxış edən digər qonaqlar da bildirib ki, seminar sektorlararası dialoqu və tərəfdaşlığı gücləndirmək məqsədi daşıyıb.
Onu da qeyd edək ki, seminarın vəzifələri aşağıdakılar olub:
1) İnklüziv təhsil üçün post-pandemiya kontekstində uğurları və problemləri müəyyən etmək və bu problemlərin həll yollarını müyyənləşdirmək;
2) Formal və qeyri-formal təhsil sahələrindən olan müxtəlif maraqlı tərəflər arasında təcrübə mübadiləsi və əməkdaşlığı dəstəkləmək;
3) Gənclərin vətəndaş cəmiyyətinin inkişafında əhəmiyyətini müzakirə etmək və inklüziv təhsil üçün sektorlararası əməkdaşlığı daha da inkişaf etdirmək.
Seminarın proqramına aşağıdakılar daxildir:
1) Vətəndaşlıq təhsilində bərabərlik anlayışı – mühazirə/qrup müzakirəsi
2) Formal və qeyri-formal inklüziv təhsil sahəsində təcrübələr – təqdimatlar
3) İnklüziv təhsilin gələcəyi – dəyirmi masa/müzakirə
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?