Narkomaniyaya yox deyək !

15.03.2024
Narkomaniyaya yox deyək !

Quba filialının Humanitar elmlər kafedrasının müəllimi Aygün Şıxbabayeva Quba Heydər Əliyev Mərkəzində keçirilən “Narkomaniyaya yox deyək!” mövzusunda tədbirdə çıxış edib.

Tədbirdə Quba Heydər Əliyev Mərkəzinin direktor əvəzi Sevinc Səlimova, Quba Rayon Prokurorluğunun müavini İsfəndiyar İsgəndərov, Quba Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanların profilaktik işinin təşkili qrupunun baş inspektoru, polis mayoru Orxan Şahmarov, Quba Rayon Mərkəzi Xəstəxananın həkim-narkoloqu Elçin Yarməmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar elmlər kafedrasının baş müəllimi Aygün Şıxbabayeva, Quba Dövlət Sosial İqtisadi Kollecinin psixoloqu Bilqeyis Xəlilova və kollecin III kurs tələbəsi İsgəndər İsgəndərov çıxış edərək narkotik vasitələrin insan sağlamlığına və həyatına vurduğu ziyandan, insan orqanizmində törətdiyi fəsadlar və ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən və maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıblar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?