Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib.
Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən yarışda universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələrindən ibarət 14 komanda mübarizə aparıb. Yarış iki yarımfinal və bir final mərhələsindən ibarət olub. Suallar filialın TCM ixtisasının 2022-ci il məzunu Elvin Şükürov tərəfindən səsləndirilib.
“Turquoise”, “Riyaziyyatçılar”, “Aqarta”, “Qalaktika”, “Renessans”, “Zəfər” komandaları finala vəsiqə qazanıb və mübazirəni davam etdirib. Mübarizənin sonunda “Aqarta” komandası birinci, “Renessans” komandası ikinci, “Riyaziyyatçılar” komandası üçüncü yeri tutub.
Qalibləri təbrik edir, təşkilatçılara təşəkkür edir, iştirakçılara növbəti yarışlarda uğurlar arzu edirik.