5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar “Tarixin ən etibarlı dayağı: MÜƏLLİM” adlı onlayn tədbir keçirilib

05.10.2021
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar “Tarixin ən etibarlı dayağı: MÜƏLLİM” adlı onlayn tədbir keçirilib

ADPU-nun Quba filialında Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə hazırlanmış “Tarixin ən etibarlı dayağı: MÜƏLLİM” adlı onlayn tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev bütün professor-müəllim heyətini, tələbə kollektivini Müəllim Günü münasibətilə təbrik edib, onlara bu şərəfli peşənin öhdəsindən layiqincə gəlmək üçün yorulmaz fəaliyyətlərində yeni nailiyyətlər arzu edib.
Dos.Y.Alıyev “Hazırda filialımız yeni mexanizm əsasında inkişafa doğru irəliləyir.Əziz müəllimlər, əziz tələbələr, sizlərin gərgin və kollektiv əməyi sayəsində biz, filial olaraq hədəflərimizə çatdıq və çatmaqdayıq. Ən qısa zamanda digər böyük məqsədlərimizə də çatacağımızdan əminəm.Bu səbəbdən də filialda sizlərlə birlikdə təkcə bakalavr deyil, həm də magistratura təhsili üçün də yeni addımlar atılır.Əziz müəllimlər, 2020-ci ildə tarixi ərazilərimizin bərpası bizləri, Zəfər tarixi yaşayan müəllim ordusunu daha da ruhlandırdı.Unutmayaq ki, bizim yetişdirdiyimiz gənclər də, gələcəyin müəllimləridir, onların sağlam təməllər əsasında gələcəyə hazırlanmaları üçün əlimizdən gələni əsirgəməməliyik.”
Daha sonra filialın direktoru dos.Y.Alıyev kollektivə prof.Cəfər Cəfərovun da təbrikini çatdırıb, müəllimlərə yorulmaz fəaliyyətlərində uğurlar arzu edib, sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün mükafatların təsis edildiyini də vurğulayıb.
Daha sonra tədbir “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə ll tədris ili tələbəsi Nurtac Eldarovanın moderatorluğu ilə davam edib.
Tədbirdə filialın müəllimləri Rahib Sədullayev, Eyvaz Şeydayev, Elbrus Əhmədov çıxış edərək şərəfli müəllim ömrünün onlar üçün əməli fəaliyyətlərinin bir hissəsi olduğunu qeyd etmişlər.
Tədbirin ilərləyən dəqiqələrində filialın tələbələri Hicran Seyidova, Nərmin Orucova, Səma İmaməliyeva, Nərmin Orucova, Hökməxanım Nuriyeva, Əliyev Əhməd,Nicat Piriyev, Səma Asəfova çıxış və şeirlərlə müəllimləri təbrik edərək, onlara bundan sonrakı peşə fəaliyyətlərində uğurlar arzu etmişlər.
Sonra Nicat Piriyev tarda musiqi ifa edərək tədbirə rəngarənglik qatmışdır.

Bayramımız mübarək!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?