Doktoranturada təhsil almaq istəyənlərin nəzərinə: Türkiyə üzrə proqram davam edir

Türkiyə universitetlərində 2021-2022-ci tədris ili üçün doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulu davam edir. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb (http://htp.edu.az/az/news/66#.YBupOegzaM8). Son müraciət tarixi 20 fevral 2021-ci il olan proqram təhsil xərcləri və aylıq yaşayış xərclərini (1,600 TRY) qarşılayır. 2021-ci ilin payız semestrindən başlanacaq təhsilin müddəti 4-5 ildir.

Kimlər müraciət edə bilər?

Təqaüd proqramı prioritet elm sahələri üzrə yüksək tədqiqat bacarıqlarına malik gənc tədqiqatçıları əhatə edir. Müraciət edəcək namizədlər 35 yaşdan aşağı olmalıdırlar. Bununla yanaşı, aşağıdakı meyarlar mütləqdir:

-Namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması;

-Müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG-nin 100 ballıq sistem üzrə 75 baldan aşağı olmaması;

-Akademik mühitdə çalışan şəxslərə üstünlüyün verilməsi;

-Müraciət edən namizədlərin ixtisasları üzrə elmi tədqiqat işlərinin olması;

-Azərbaycanda dövlət hesabına doktorantura təhsilinin almaması və ya 50% oxumuş olmaması;

-Namizədin mühakimə yeritmək, elmi tədqiqat işinin aparmaq bacarıqlarının olması;

-Namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azad edilməsi;

-Təhsil alacağı dil üzrə biliyinin yoxlanılması.

Nə etməli?

Təqaüd proqramına müraciət edəcək namizədlər öncə Türkiyə elektron ərizə sistemini doldurub təsdiq etməlidirlər: https://www.turkiyeburslari.gov.tr/ Türkiyə tərəfinin elektron ərizə portalı üzrə müraciət nömrəsi qeyd olunan səhifənin şəkli (“screenshot”u) ayrıca qəbul haqqında sənəd bölməsinə yüklənməlidir.

Daha sonra Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməlidirlər: http://app.htp.edu.az/

Hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlər və s. barədə daha ətraflı məlumat üçün linkə daxil olmaq kifayətdir. Namizədlərin müraciətlərini Elektron Ərizə Sisteminin “Şəxsi kabinet” bölməsindən izləmələri mümkündür.

Türkiyə doktorantura təqaüd proqramı ilə bağlı suallarınızı narmin.baghirova@edu.gov.az elektron poçtuna yaza bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir