12 fevral 2024-cü il tarixində ADPU-nun Tədris işləri üzrə prorektorluğu tərəfindən 2023/2024-cü tədris ilinin yaz semestrində qarşıda duran əsas vəzifələrə həsr edilmiş Microsoft Teams platformasında onlayn müşavirə keçirilib
Gündəlikdə duran I məsələ Pedaqoji internaturanın təşkili ilə bağlı ADPU-nun Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Tədris departamentinin müdiri dosent Sənan Əliyev çıxış edib, II məsələ İbtidai sinif müəllimliyi proqram akkteditasiyasına aid olub və mövzu ilə bağlı KTŞ müdiri dosent Qalib Şərifov çıxış edib.
Çıxış və maarifləndirici məlumatlardan sonra iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, müşavirədə Quba filialının direktoru f.e.d., dos.Yusif Alıyev və İbtidai sinif müəllimliyinin proqram akkreditasiyasına cəlb edilmiş bütün komissiya üzvləri iştirak edib.