ADPU-nun Quba filialında “Qələbə ətirli Novruz” adlı bayram tədbiri keçirilib

17.03.2023
ADPU-nun Quba filialında “Qələbə ətirli Novruz” adlı bayram tədbiri keçirilib

Martın 15-də ADPU-nun Quba filialında filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə moderatorlar Kamilla Rzayeva, Arzu Əliyeva açıq elan edib, Novruz haqqında müxtəlif maraqlı tarixi məlumatlar səsləndiriblər.

Daha sonra məruzə üçün söz filialın direktoru f e.d. Y.Alıyevə təqdim edilib.

Direktor bildirib ki, 3 ildir ki, Novruz bayramının qeyd edilməsi çox mükəmməl bir şəkildə yadda qalır, parlaq Qələbə ilə qədəm qoyduğumuz Novruz bayramının ilk tonqalları artıq bütün Azərbaycan torpaqlarında qalanır.

Təsadüfi deyil ki, 3 il bundan əvvəl hər birimiz üçün Şuşada Novruz tonqalının qalanması arzu idisə, artıq o tonqal Şuşa qalasının qarşısında qalandı. Dünən arzu olanı müdrik rəhbər və güclü ordu bu gün hər birimiz üçün reallığa çevirdi. Novruz həm də yeni gün, yeni başlanğıcdır. Ötən Novruzdan bu günə qədər ADPU-nun Quba filialı olaraq da çox işlərə, çox ilklərə imza atdıq. Filialda iki yeni Fakültə, 4 kafedra yarandı.

Novruz bayramı öznəməxsus xüsusiyyətləri ilə fərqlənir.Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.Novruz bayramı axşamı tonqal qalanır,evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır.Həyat,bolluq nişanəsi olan səməni baharın ilk müjdəçisi hesab olunur.Y.Alıyev çıxışında həm də ulu öndər Heydər Əliyevin 1998-ci il Novruz bayramı münasibətilə keçirilən bayram şənliyində nitqində söylədiyi fikirləri də diqqətə çatdırıb:

“Novruz Azərbaycan xalqının müqəddəs bayramıdır. Qədim zamanlarda bizim əcdadlarımız bu bayramı yaradıb və bu bayram min illərlə yaşayıb, xalqımıza, millətimizə həmişə səadət, xoşbəxtlik, sevinc gətiribdir, xalqımıza güç veribdir. Bu bayram bütün dövrlərdə yaşayıbdır. Bu gün isə müstəqil Azərbaycanın ərazisində o, əziz bayram kimi qeyd olunur. Novruz bayramının çox böyük mənası vardır. Bu, həm bahar bayramıdır, həm təbiətin oyanışının bayramıdır, həm də insanların həyatında böyük dəyişikliklər bayramıdır. Çox gözəl bayramdır!”

Tədbirdə həmçinin Filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini Nübar Bayramova da çıxış edib, təbriklərini çatdırıb.

Novruz Bayramına həsr edilən “Qələbə ətirli Novruz” adlı tədbirdə aşağıda adları qeyd olunmuş əməkdaşlar və tələbələr filial rəhbərliyi tərəfindən Fəxri Fərman ilə, qruplar isə Təşəkkürnamə ilə təltif ediliblər:

Malıyeva Mahirə İskəndər – Mühasibatlıq şöbəsinin baş mühasibi

Bağırova Mələk Tofiq – Tədris şöbəsinin müdiri

Müzəffərova Səlimə Kamal – Riyaziyyat və informatika kafedrasının müəllimi

Aşurova Aytac Zeynul – Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi

Əliyeva Təhminə Yasin – Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi

Şıxbabayeva Aygün Şıxbaba – Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi

Mikayılova Nigar Kamil – Humanitar və sosial elmlər kafedrasının tyutoru

Dadaşova Amaliya Valeriy – Ədəbiyyat və dillər kafedrasının laborantı

Cümşüdova İlhamə Şamil – Tədris şöbəsinin nəzarətçisi

Əlikişiyeva Zümrüd Akif – Direktorluğun operatoru

İskəndərov Mətləb Adil – İnzibati təsərrüfat şöbəsinin əməkdaşı

Bağırova Tutu Cavanşir – MQT 2201B qrup tələbəsi

RİN 2201B/2202B

AZD2101B/2102B

XM 2201B

MQT 2201B

Sİ 2101B

Tədbirdə həmçinin GİKM Quba nümayəndəliyinin əməkdaşı Eyvaz Xeyrullayev tərəfindən MULTİ Gənclik layihəsinin Quba rayonunda uğurla icra edilməsində göstərdikləri dəstəyə görə N.Bayramova, A.Şıxbabayeva, N.Şirinova, N.Piriyev Təşəkkürnamə ilə təltif ediliblər.

Daha sonra tədbirdə filialın Riyaziyyat informatika müəllimliyi ixtisasının I tədris ili RİN 2201 B / 2202B qrup tələbələri, İBT 2201B / 2202B qrup tələbələrinin hazırladıqları səhnəciklər nümayiş olunub, XM 2201B qrup tələbəsi Leyla Məmmədzadə rəqs ifa edib, Bahar qız rolunda səhnə alan filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi f.f.d.Aytən Qurbanova qızlarla bərabər haxıştalar səsləndirib, Novruz atributları olan Kosa və Keçəlin nömrələri, yumurta döyüşü marağa səbəb olub.

Daha sonra filialln həyətində tonqal qalanıb, xoş arzular səslındirilib, filialın rəhbərliyi və tələbələr tonqal ətrafında rəqs ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?