AMEA-nın Dilçilik İnstitutu tərəfindən ADPU-nun Quba filialına hədiyyə olunan kitabların sərgisi keçirilib

16.02.2023
AMEA-nın Dilçilik İnstitutu tərəfindən ADPU-nun Quba filialına hədiyyə olunan kitabların sərgisi keçirilib
Fevralın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının giriş zalında AMEA-nın Dilçilik İnstitutu tərəfindən ADPU-nun Quba filialına hədiyyə olunan kitablar kollektivə təqdim edilib.
Sərgi filialın Kitabxana və elektron resurslar şöbəsi tərəfindən ərsəyə gəlib.
Əvvəlcə çıxış edən ADPU-nun Quba filiallnın direktoru fizika elmləri doktoru Yusif Alıyev Filial kollektivi adından fevralın 6-da Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş türk xalına və dövlətinə başsağlığı verib, qüdrətli türk xalqının əl-ələ verərək qısa zamanda bu fəlakətin fəsadlarını aradan qaldıracağına inamı ifadə edərək, hər zaman qardaşlarımızın yanında olduğumuzu vurğulayaraq həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra AMEA-nın Dilçilik İnstitutu tərəfindən ADPU-nun Quba filialına hədiyyə olunan 230 adda kitabları kollektivə təqdim edib, kitabların tədris vəsaiti kimi də əhəmiyyətini diqqətə çatdırıb. Vurğulayıb ki, bu nəcib və əhəmiyyətli işin həyata keçirilməsinə dəstək olduğuna görə AMEA-nın Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədliyə minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk. Hazırda bu kitablar istər professor və müəllim kollektivi, istərsə də tələbələrimiz üçün olduqca qiymətli xəzinədir. Çünki hədiyyə edilən kitabların müəllifləri Azərbaycan elmi və ədəbiyyatı üçün əvəzsiz xidmətləri olan ziyalılarımızdır. Direktor həm də qeyd edib ki, kitablar sırasında SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) BP və tərəfdaşlarının dəstəyi ilə hazırlanan “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı kitab da yer alır. Kitabın müəlliflərindən olan, dostumuz, BANM-in rektoru Elmar Qasımovun bu dıyərli kitabından bir neçə nüsxə fiailaımız üçün də hədiyyə etməsi təşəkkürlə ifadə edilib.
Direktor həm də qeyd edib ki, filialın Kitabxana və elektron resurslar şöbəsi bu gün kitab fondunun elektronlaşdırılması üçün olduqca yüksək keyfiyyətli iş aparır, şöbənin müdiri Samirə Hacıyevanın rəhbərliyi ilə artıq 350-dən çox kitab PDFləşdirilib. Sevindirici haldır ki, hazırda kitab fondumuz ötən illərlə müqayisədə çox sürətlə dəyişir, 2019-cu ildə 17.000-ə yaxın idisə, hazırda bu say 22.000-i ötür.
Sonra direktor filial kollektivini kitabxanadan daha müntəzəm istifadə etməyə səsləyib və bununla bağlı yaxın gələcəkdə yeni layihələr icra ediləcəyini diqqətə çatdırıb.
Daha sonra kollektiv kitablarla yaxından tanış olub. https:
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?