Sənayenin elmi, yoxsa elm-əsaslı sənaye

Sənayenin elmi, yoxsa elm-əsaslı sənaye

29 yanvar  2021-ci tarixində “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsinin “Sənayenin elmi, yoxsa elm-əsaslı sənaye?” adlı ilk tədbiri Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutub. Tədbirin məqsədi 21-ci əsrdə sənayedə olan trendlərin ali təhsilə olan tələbi necə formalaşdırdığına diqqət yetirməkdən ibarətdir. Eyni zamanda sənaye ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması və gücləndirilməsi yolları müzakirə olunub. Əmək bazırın tələblərinə cavab verən, rəqabətə davamlı kadr hazırlığının təşkilinə istiqamətlənən təhsil ocaqlarının inkişafına dəstək vermək yolları ,  Özəl sektorun və sahibkarların ali təhsil müəssisələri ilə əməkdaşlığın,  təhsilverənlərin və təhsilalanların kadr kimi iştirakının üstünlükləri və əhəmiyyəti müzakirə olunub. Vebinarda ADPU Quba filialının İKT şöbəsinin əməkdaşları da iştirak ediblər.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?