Rektor Cəfər Cəfərov Qubada “Alma Bayramı”nda iştirak etmişdir

Rektor Cəfər Cəfərov Qubada “Alma Bayramı”nda iştirak etmişdir

Oktyabrın 12-də Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə VI “Alma Bayramı” keçirilib.

2012-ci ildən etibarən keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib.

Bayram tədbirinə həmçinin Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin səfirləri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov və ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev də “Alma Bayramı”nda qonaq qismində iştirak ediblər.

ADPU-nun Quba filialının ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə öz möhtəşəmliyi ilə ötənilki festivallardan seçilən “Alma bayramı”nın rəsmi açılış mərasimi ümummilli lider Heydər Əliyev və dövlət başçımız İlham Əliyevin vətənpərvərlik mövsusundakı deyimləri və dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra çıxışı ilə festivalı açıq elan edən Quba rayon İcra HHHHhakimiyyətinin başçısı Ziyəddin Əliyev rayon sakinlərini və qonaqları bayram münasibətilə təbrik edərək bu bayramın bölgə üçün, respublikamız üçün əhəmiyyətindan danışaraq bu ənənənin kənd təsərrüfatının, turizmin inkişafına verdiyi töhfələrdən danışdı. Z.Əliyev qeyd etdi ki, hazırda Quba rayonunda ümumilikdə 17 min hektardan çox meyvə bağı mövcuddur. Bunun 13 min hektardan çoxunu alma bağları təşkil edir.

Sonra Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlikdən, iqtisadi inkişafdan söz açaraq çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov bu stabilliyin qorunub saxlanılmasında Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın çox böyük xidmətlərinin olduğunu qeyd etdi. Stabillik olmasaydı bu cür bayramları da keçirə bilməzdik”, – deyə Vahid Əhmədov çıxışında söyləyib.

Rəsmi hissədən sonra Quba şəhərinin Heydər Əliyev prospekti boyunca şimal bölgəsində yaşayan azsaylı xalqların təmsilçilərinin, folklor qruplarının, idmançıların, bölgədəki müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilmiş avtomobillərin iştirakı ilə məhsul nümayişindən ibarət parad keçirilib. “Alma bayramı” milli adət-ənənələrimizin, ölkəmizin turizm imkanlarının tanıdılması, almanın və ondan hazırlanan məhsulların təbliği məqsədi daşıyıb. Bayram mərasimində müxtəlif kompozisiyalar, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilir, qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub. Tədbirdə həmçinin ADPU-nun Quba filialının tələbələrinin hazırladıqları rəngarəng flaşmob, parad liderliyi və Nyuton rolu yadda qalıb. Tədbirdə həmçinin ideya rəhbəri filialın direktoru dosent Yusif Alıyev olan “Quba tələbələrin gözü ilə” foto albom da Quba RİH başçısı cənab Ziyəddin Əliyevə təqdim olunub.

Ümumilikdə tədbir çox maraqlı alınıb.

Mənbə: ADPU Quba filialı

Müəllif: Mətbuat xidməti

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?