Qubada beynəlxalq elmi konfrans keçirilib

18.11.2023
Qubada beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin 6 fevral 2023-cü il tarixli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun 25 iyun 2023-cü il tarixli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı direktorunun 14 iyul 2023-cü il tarixli əmrlərinə müvafiq olaraq 17-18 noyabr 2023-cü il tarixlərində ADPU-nun Quba filialında keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə hərs olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” III Beynəlxalq elmi konfransın açılış mərasimindən əvvəl Quba Rayon İcra Hakimiyyətinin Başçısı cənab İlqar Mahmudov, Filialın direktoru dosent Yusif Alıyev, Quba Rayon prokuroru Namiq Muradov, Quba rayon DTX rəisi Elcan Süleymanov, ADPU-dan gəlmiş nümayəndə heyəti prof. Müseyib İlyasov, prof. Fərrux Rüstəmovla birlikdə ümummilli lider Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində canlarından keçmiş şşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Konfransda açılış nitqi ilə çıxış edən Filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə hərs olunmuş”Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” III Beynəlxalq elmi konfransın əsas məqsədi təhsilin inkişafının və alimlərin elmi-tədqiqatçılıq bacarıqlarının regionlarda inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi, kadr potensialının yüksəldilməsi, qarşılıqlı elmi və beynəlxalq əlaqələrin qurulması, innovasiyanın gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının istehsalata və praktikaya cəlb edilməsi, habelə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor təmsilçilərini bir araya gətirmək olduğunu qeyd etdi. Həmçinin bildirdi ki, 5 fərqli ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Şimali Kipr, Moldova) 9 universitetinin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Qars Kafkas Universiteti, Kiriniya Amerikan Universiteti, ETN Coğrafiya İnstitutu, Dağıstan Dövlət Texniki Universiteti, Həştərxan Dövlət, Kişinyov Dövlət Pedaqoji Universiteti, Kültür ve Turizm bakanlığı Mersin Arxeoloji Müzeyi) dəstəyi ilə təşkil olunan Beynəlxalq konfransın Elmi Təşkilat Komitəsinə 104 məqalə təqdim olunmuş, onlardan 82 məqalə məruzə üçün qəbul edilmişdir.

Daha sonra konfransda çıxış edən Quba RİH başçısının Sosial və humanitar məsələlər üzrə müavini Səidə Abasova regionlarda ali təhsilin vacibliyini diqqətə çatdırdı, bu sahədə ADPU-nun Quba filialının örnəyinin təqdirəlayiq hal olduğunu bildirdi.

Sonra çıxış üçün söz tərəfdaş universitetlərdən Qars Kafkas Universitetinin rektor yardımçısı Engin Kılıça verildi. O da öz növbəsində qeyd etdi ki, Qars Kafqas Universiteti Türkiyədə region universiteti olmasına baxmayara dünyanın nüfuzlü universitetləri sırasında yer alır, və bu sahədə Azərbaycan universitetləri ilə, xüsusilə də region ali məktəbi olan ADPU-nun Quba filialı ilə əməkdaşlığından məmnunluğunu bildirdi.

Sonra çıxış üçün söz Naxçıvan Dövlət Universitetinin rektoru dosent Elbrus İsayevə verildi, o da öz növbəsində qeyd etdi ki, vaxtılə ADPU-nun filialı kimi fəaliyyətə başlayan NDU hazırda dünyanın ən aparıcı universitetlər sırasında reytinq qazanmışdır. Bildirdi ki, bu da təsadüfi deyildir, böyük Pedaqoji Universitet ənənəsi qədim Naxçıvan diyarında böyük şövqlə davam etdirildi.

Daha sonra çıxış edən Qars Kafkas Universiteti, Kiriniya Amerikan Universiteti, Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu, Dağıstan Dövlət Texniki Universiteti, Həştərxan Dövlət, Kişinyov Dövlət Pedaqoji Universiteti, Kültür ve Turizm bakanlığı Mersin Arkeoloji Müzesi, Pəncab Universiteti əməkdaşları da konfransın ölkələrin qarşılıqlı əməkdaşlığı baxımından da əhəmiyyətini diqqətə çatdırdılar və qeyd etdilər ki, dünya üzrə artan rəqabətə davam gətirə bilmək üçün ali təhsil ocaqlarında XXI əsrin tələblərinə uyğun təhsil modelinin qurulması vacibdir.

Tədbirdən sonra Quba Uşaq Musiqi Məktəbinin kollektivinin və Filialın tələbələrinin ifasında bir-birindən maraqlı bədi səhnəciklər, musiqi nömrələri yer almışdır.

Konfransda Quba RİH başçısı aparatının digər məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və Quba şəhər bələdiyyəsinin sədri iştirak etmişlər.

Qeyd edək ki, konfransın 17 noyabr tarixində oflayn şəkildə təşkil olunmuş bölmələrində 44 nəfər, 18 noyabr tarixində onlayn təşkil olunmuş bölmədə isə 32 nəfər çıxış edərək elmi-tədqiqat işləri haqqında bilgilər vermişlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?