ADPU-nun Quba filialının bir qrup əməkdaşı “Heydər Əliyev” və “Atatürk” zirvələrini ziyarət etmişdilər

15.08.2022
ADPU-nun Quba filialının bir qrup əməkdaşı “Heydər Əliyev” və “Atatürk” zirvələrini ziyarət etmişdilər
ADPU-nun Quba filialının bir qrup əməkdaşı (direktor köməkçisi Mürvət Əliyev, İKT şöbəsinin müdiri Yusif Abayev, Strateji məsələlər üzrə məsləhətçi Şəhriyar Laçınov, İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Sərxan Ağası, ) Filialın təşkilatçılığı ilə Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev və Qardaş Türkiyə Cumhuriyyətinin qurucusu M. K. Atatürkün xatirəsinə Böyük Qafqazın Başdağ silsiləsində yerləşən Qızılqaya massivində yerləşən “Heydər Əliyev” və “Atatürk” zirvələrini ziyarət etmişdilər.
Çətin relyef şəraitinə baxmayaraq qrup üzvləri zirvəni yüksək əhval ruhiyyə ilə ziyarət edərək, Azərbaycan və ADPU-nun Quba filialının bayraqlarını zirvədə dalğalandırmışdılar.
Qeyd edək ki, “Heydər Əliyev zirvəsi” 3751 metr, “Atatürk zirvəsi” isə 3756 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir.
 
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?