
Quba filialında “Ağac əkək, təbiətə töhfə verək” adlı ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl Dünya naminə Həmrəylik İli” elan olunması ilə əlaqədar 5 aprel 2024-cü il tarixində YAP Quba rayon təşkilatı, Quba Regional Meşə Təsərrüfatı Mərkəzi ilə birgə ADPU-nun Quba filialının bağçasında “Ağac əkək, təbiətə töhfə verək” adlı ağacəkmə aksiyası keçirilib.
Aksiyada universitetin bağçasında 100-dən çox ağac əkilib.






















