“Novruz” kubokunun qalibi bəlli oldu!

18.03.2023
“Novruz” kubokunun qalibi bəlli oldu!

“Xəmsə” Milli İntellektual Oyunu üzrə keçirilən “Novruz” kubokunun yarımfinal və final mərhələləri keçirilib.

Yarımfinaldan “Sirius”, “Miracle”, “Difai” və “BOT” komandaları finala vəsiqə qazanaraq turnirin qalibi adı uğrunda mübarizə aparıblar.

Yekunda bütün rəqiblərini qabaqlayan “Miracle” komandası 2600 xalla kubokun sahibi olub.

Komanda üzvlərinə hədiyyələr və kubok təqdim olunub.

Qeyd edək ki, “Novruz” kuboku Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə keçirilib

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?