ADPU Quba filialının Mühasibatlıq şöbəsinin 1 illik fəaliyyəti

ADPU Quba filialının Mühasibatlıq şöbəsinin 1 illik fəaliyyəti

Hər bir müəssisə və təşkilatın fəaliyyətinin əsas hissəsi mühasibatlıq sənədlərinin əsasında təşkil olunur. Əbəs yerə mühasibatlığı təşkilatın güzgüsü adlandırmırlar. ADPU-nun Quba filialının mühasibatlıq şöbəsi də kiçik və çevik komanda ilə hər zaman işini yüksək səviyədə təşkil etmişdir. İşçilərin maddi rifah halının yaxşılaşdırılması daim rəhbərliyin diqqət mərkəzində olduğundan 2019-cu il ərzində filialda 2 dəfə əmək haqqı artımı olmuşdur. Birinci dəfə 03.01.2019-cu il tarixində ştat vahidi üzrə işləyən işçilərin əmək haqqı orta hessabla 20%, saathesabı dərs aparan yerli müəllimlərin 1 saatının dəyəri 50% həcmində artırılıb.
2-ci dəfə 01.09.2019-cu il tarixdə orta hesabla 17.5% artırılıb. Azərbaycan Respubliksının Nazirlər Kabinetinin 03.10.2019-cu il tarixli 428 № -li qərarına əsasən yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında 25.07.2010-cu il tarixli 120 №-li qərarında dəyişiklik edilməsi haqqında (yəni təhsil haqının  artımı barədə) qərara əsasən minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 18.06.2019-cu il tarixli sərəncəmına əsasən 01.09.2019- cu il tarixdən qüvvəyə minsədə filial bu artımı 8 ay öncədən 01.01.2019-cu il tarixdən aparmışdır. 16.09.2019-cu il tarixdə isə saathesabı dərs aparan həm yerli, həm də kənardan (Bakı şəhərindən) dəvət olunan müəllimlərin dərs saatlarının 1 saatının mövcud olan dəyərində də artım olunmuşdur.
Belə ki, istər əvvəlki dövrlərdə, istərsədə pandemiya dövründə şöbədə işin gecikdirilməsi halları baş verməmişdir. Cari ilin 10 ayı ərzində hər ay əmək haqlarının, tələbə təqaüdlərinin, kommunal ödənişlərin, icrasında gecikmələr baş verməmişdir. Tələbə və işçilərin adına alınmış plastik kartlarının vaxtında gətirilməsi təmin olunmuşdur. Mart ayını 3-dən etibarən Mühasibatlıq şöbəsi karantin qaydalarına uyğun olaraq işçilərin növbəli şəkildə işə cəlb edilməsilə fəaliyyətini davam etdirir.

Nazirlər Kabinetinin 13.04.2020-ci il tarixli 138 №-li qərarına əsasən Sosial baxımından həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə 2019-2020-ci il tədris ilinin yaz smestrində elektron ünvanınıza müraciət edilən 133 tələbənin və 2020-2021-ci ilin tədris ilinin payız smestrində 111 tələbənin sənədləri araşdırılaraq təsdiqlənmiş və Təhsil Nazirliyinə göndərilmişdir. Tələbələrin dövlət qayğısından səmərəli istifadəsi üçün əsasən birinci kursların bu qərardan yararlanması məqsədilə 15.11.2020- ci il tarixdə bitmiş müddət yenidən 01.12.2020-ci il tarixədək uzadılmışdır. Filialın maliyyələşmə mənbəyi təhsil haqqından formalaşsa da məlum vəziyyətlə bağlı təhsil haqqı ödənişində gecikmələr olsa belə, həmin tələbələrə möhlət verilmişdir. Filial rəhbərliyinin tələbləri uyğun olaraq aylıq, rüblük hesabatları milli standartlara uyğun tərtib edərək nazirliklərə və digər təşkilatlara vaxtında göndərilməsini təmin edir. Bundan sonrakı dövrlərdə də mühasibatlığın işinin bu cür yüksək səviyyədə aparılması şöbənin əsas mövqeyidir.

Baş mühasib M.İ. Malıyeva

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?