ADPU Quba Filialında “Açıq qapı” günü keçirilib.

ADPU Quba Filialında “Açıq qapı” günü keçirilib.

ADPU Quba filialında 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

   ADPU-nun Quba filialının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə imtahanların keçirilməsi prosesi filial rəhbərliyi tərəfindən müasir innovativ tələblərə uyğun qaydada, mərkəzləşdirilmiş formada təşkil edilib. “Açıq qapı” günündə imtahan prosesini izləmək üçün bir qrup valideyn iştirak edib. Valideynlər imtahan zalında kənardan imtahanın gedişini izləyiblər. Sonra filialın direktoru dosent Yusif Alıyev valideynlərlə görüş keçirib. Görüşdə o, valideynləri imtahanların şəffaf, obyektiv və yüksək səviyyədə keşirilməsi məqsədilə yaradılan müşahidə – izləmə monitorlarının iş prinsipi ilə tanış edib. Bilidirib ki, məqsədimiz dövlətimizin inkişaf konsepsiyasında əsas istiqamət olan rəqabətədavamlı insan kapitalının yetişdirilməsi və bununla da yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamaqdır. Bu məqsədə nail olmaqda valideyn dəstəyinə böyük ehtiyac olduğunu bildirən dosent Yusif Alıyev Filialda Filial-Valideyn Şurasının (Assosiasiyası) yaradılmasının da vacibliyini vurğulayıb. Sonra valideynlər yaradılan şəraitə görə filial rəhbərliyinə öz minnətdarlıqlarını bildirməklə, imtahanların mərkəzləşdirilmiş qaydada daha obyektiv və şəffaf keçirilməsindən çox məmnun olduqlarını ifadə ediblər. Həmçinin qeyd ediblər ki, Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialının inkişadfında onlar da öz dəstəklərini əsirgəməyəcəklər.
   Görüşdə filial İmtahan Qərargahının sədri, tarix üzrə fəlsəfə doktoru, Tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov , İmtahan – münaqişə komissiyasının üzvü, Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov da iştirak edib və valideynlərlə birlikdə imtahan izləmə kameralarının vasitəsilə imtahan prosesini yaxından müşahidə ediblər.
Sonda filialın direktoru dosent Yusif Alıyev valideynləri, KİV nümayəndələrini, qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələrini filialda təşkil olunacaq növbəti “Açıq qapı” günlərində iştirak etməyə, imtahan sessiyasını yaxından izləməyə dəvət edib.

  • Mənbə: ADPU Quba filialının ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?