“Narkomaniyaya yox deyək”

28.04.2023
“Narkomaniyaya yox deyək”

Quba Rayon Polis Şöbəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” devizi altında tədbir keçirilib. Tədbirdə Quba Rayon Polis Şöbəsinin Rəis müavini Polis Polkovnik-leytenantı Vüsal Rüstəmov, Quba filialının direktoru f.e.d Yusif Alıyev, Polis kapitanı Samir Aydəmirov, Polis mayoru Orxan Şahmarov, ADPU Quba filialının müəllim və tələbə heyəti iştirak edirdi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda edən Vətən mücahidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə filialın direktor müavini p.f.d. Aysel Şeydayeva açaraq qonaqları və tədbir iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında qısa məlumat verdi. Sonra çıxış üçün sözü Quba Rayon Polis Şöbəsinin Rəis müavini Polis Polkovnik – leytenantı Vüsal Rüstəmova verdi. Olduqca geniş, məzmunlu və maarifləndirici çıxışında Vüsal Rüstəmov narkotik vasitələr, psixotrop maddələrin növləri, onların insan həyatına, insan sağlamlığına vurduğu zərəri açıqladı.Qeyd etdi ki, hər kəsə bəlli olduğu kimi bu gün ölkəmizdə narkotik vasitələrin əkilib, becərilməsi, istifadəsi, alışı və satışı hüquqi cəhətdən qadağandır və istifadəsi yolverilməzdir. Bu günki həyatımızda daha çox adı çəkilən və istifadəsinə, satışına cəhd göstərilən narkotik vasitələri sadalayan Vüsal müəllim eyni zamanda onlarla mübarizə aparmağın yollarından danışaraq tədbir iştirakçılarını məlumatlandırdı.Vüsal Rüstəmov eyni zamanda qeyd etdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hər kəs səfərbər olmalıdır və polisə dəstək olmalıdır. Tədbirin gedişatında Quba Polisinin bu yöndə apardığı əməliyyat tədbirlərindən ibarət video-rolik nümayiş etdirilərək faktlar əsasında bir daha bu bəlanın necə qorxunc olduğunu, artım göstəricisini və ən çox gənclər arasında yayıldığını vurğuladı. Təəssüf hissi ilə bildirdi ki, son zamanlar “patı”, “şüşə” adı ilə məşhur olan metafetaminin qadınlar arasında da istifadəsi halları çoxalmışdır. Sonda isə Vüsal Rüstəmov bütün bu vəziyyətlərdən çıxış yolu kimi maarifləndirmə tədbirlərinin gücləndirilməsinin zəruriliyini vurğuladı. Çıxış üçün söz alan ADPU Quba filialının direktoru f.e.d Yusif Alıyev bu məsələnin tarixinə səyahət etmiş, narkomaniyanın necə dəhşətli bir bəla olduğunu vurğulamış, Quba Rayon Polis Şöbəsinin rəisi Mehman müəllim başda olmaqla bütün kollektivinin bu istiqamətdə gördüyü sistemli işlərin rayon ictimaiyyəti və gənclər tərəfindən alqışlandığını diqqətə çatdırmış, rəis müavini Vüsal Rüstəmovun peşəkar və məzmunlu çıxışından əldə etdiyi nəticələri də qeyd etmişdir. Sonda tədbir iştirakçılarının sualları dinlənilmiş və Polis Polkovnik – leytenantı Vüsal Rüstəmov tərəfindən cavablandırılmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?