ADPU-nun Quba filialında MİQ müsabiqəsində iştirak edən namizədlərin nəticələri ilə bağlı aparılan təhlillərin təqdimatı keçirilib.

18.04.2023
ADPU-nun Quba filialında MİQ müsabiqəsində iştirak edən namizədlərin nəticələri ilə bağlı aparılan təhlillərin təqdimatı keçirilib.

Təhlillərin təqdimatını Filialın KTŞ müdiri Pərvanə Rzayeva və Təcrübə və məzunlarla iş üzrə rəhbər Şəhla Mədətova edib.

Filialın direktoru f.e.d.Yusif Alıyevin də iştirak etdiyi müzakirədə ixtisas və fənn metodikası müəllimlərinin iştirakı da təmin edilib.

Qeyd edək ki, 31 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Elm və Təhsil Nazirliyinin 2022-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edən cari ilin və əvvəlki illərin namizədlərinin nəticələri nümayiş etdirilib. Nümayişə əsasən filiallın ayrı-ayrı ixtisaslara görə əmək bazarın tələblərinə uyğun kadr hazırlanmasının vəziyyətinin araşdırılması məqsədilə 17 aprel 2023-cü il tarixində filialda bu nəticələrin müqayisəli təhlili aparılmışdır.

Müzakirənin sonunda Filialın direktoru f.e.d.Yusif Alıyevin tapşırıq və tövsiyələri dinlənilib, aiditoriyanın sualları cavablandırılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?