ADPU-nun Quba filialının tələbələri olan gənclər YAP Quba rayon təşkilatını respublika turnirində təmsil ediblər

02.11.2022
ADPU-nun Quba filialının tələbələri olan gənclər  YAP Quba rayon təşkilatını respublika turnirində təmsil ediblər
Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə turnirə start verilib.
C qrupu üzrə 10 komandanın ( Abşeron, Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Şuşa və Zəngilan) mübarizə apardığı ümumrespublika turnirinə Abşeron Olimpiya İdman Kompleksində, əsasnaməyə uyğun olaraq görüşlər keçirilib.
Turnirdə YAP Quba rayon təşkilatını , məşqçi Röşən Əliyevin başçılığı altında sərbəst güləş üzrə
65 kq çəki dərəcəsində Mərdanov Səfa,
70 kq çəki dərəcəsində Mürşüdov Nurlan,
74 kq çəki dərəcəsində Mehtiyev Şahnur, yunan-roma güləşi üzrə
67 kq çəki dərəcəsində Məlikov Mirsamir,
72 kq çəki dərəcəsində Qəribov Elçin,
77 kq çəki dərəcəsində Mustafayev Mustafa təmsil ediblər.
Oyunun nəticələrinə əsasən C qrupunda ən yüksək nəticə göstərən Abşeron və Sumqayıt komandalarıın güləşçiləri növbəti mərhələyə vəsiqə qazanıb.
Hər bir komanda üzvlərinə müvəffəqiyyətlər arzulayırıq.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?