27 oktyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Şane” otelində “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı, Quba Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin məsul şəxsləri, dini icma sədrləri iştirak edib.Tədbirdə həmçinin ADPU-nun Quba filialının KTŞ mütəxəssisi Emin Yarməmmədov, müəllimlər, tələbələr də iştirak etmişdir.