Prezident seçkiləri ilə əlaqədar təşviqat kampaniyası

06.02.2024
Prezident seçkiləri ilə əlaqədar təşviqat kampaniyası

5 fevral 2024-cü il tarixində Quba İdman Olimpiya Kompleksində 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində təşkil olunmuş görüşdə Filialın direktoru dosent Yusif Alıyev də çıxış edib

Dos. Yusif Alıyev çıxışında böyük qürur hissi ilə təşviqat qrupunun üzvü kimi Qubada bir çox görüşlərdə iştirak etdiyini, prezidentliyə namizəd İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında gördüyü titanik işlərdən, milli-ideoloji istiqamətdə aparılan siyasətdən, nəhəng islahatlardan bəhs edərək növbəti 7 il üçün də bu işlərin daha böyük uğurla davam etdirilməsi üçün hər kəsi doğru seçim etməyə səsləyib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?