ADPU Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib

16.04.2021
ADPU Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib

Bu gün ADPU Quba filialında Elmi şuranın növbəti iclası keçirilib. İclasda ADPU-nun yaradılmasının 100 illiyi, ADPU-nun Quba filialının 30 illiyi ilə bağlı tədbirlər planının müzakirəsi və yubileylərlə bağlı işçi qrupun yaradılması, filialda həyata keçirilən optimallaşdırma və rasionallaşdırma işləri, struktur dəyişikliyi nəticəsində yeni yaradılan Keyfiyyətin təminatı şöbəsi, onun əsasnaməsinin təsdiqlənməsi, ADPU Quba filialında “Daxili fəaliyyət və intizam Qaydaları”, “Təhsilalanların daxili intizam Qaydaları” və “İşçilərin etik davranış Qaydaları”nın təsdiq edilməsi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirovun hazırladığı “İslam Tarixi – II (Əməvilər və Abbasilər)” monoqrafiyası, doktorant və Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə Azərbaycan Demokratik Respublikasının yaradılmasının 103-cü il dönümünə həsr olunmuş Elmi konfransın keçirilməsi kimi gündəlik məsələlərə toxunulub.

Tədbir filialın direktoru Yusif Alıyevin çıxışı ilə başlanıb. Direktor filialın inkişafı ilə əlaqədar keçiriləcək tədbirlərdən bəhs edib. Bildirib ki, qarşıda duran hədəflərdən biri də filialda menecmentlik fəaliyyətidir. Direktor çıxışında pandemiya zamanına adaptasiya, bu istiqamətdə qazanılan uğurlardan da bəhs edib. Bildirib ki, sturuktur rəhbərinin komandanı birləşdirməsi, ona liderlik etməsi əsas şərtlərdən biridir.

Elmi Şura iclasının davamı olaraq filialın Pedaqoji fakültə dekanı Qələmşah İdrisov dekanlığın gördüyü işlər, gələcək planlardan bəhs edib. Bildirilib ki, filialın inkişaf dinamikası genişlənib və pandemiya zamanı qarşıya çıxan çətinliklərin öhdəsindən uğurla gəlinib. Yeni sturuktur dəyişikliyi filial qarşısında yeni perspektivlər açıb. O həmçinin dekanlığın bütün işinin tədrislə əhatələnmədiyini, ilin əvvəlindən tərtib olunmuş iş planına əsasən həyata keçirildiyi bildirilib. İmtahanların müvəffəqiyyələ keçirilməsi, dərs cədvəllərinin tərtibi, müəllimlərə vaxtında çatdırılması məsələlərinə toxunulub. Qeyd edilib ki, dekanlığın öhdəsinə düşən ən gərgin iş tələbələrin kreditə yerləşdirilməsi məsələləridir. 47 fənn üzrə 42 tələbə borcların ləğvi üçün təkrar dinləməyə yerləşdirilib. 12 fəndən əlavə kurslar təşkil olunub. Bu könüllülük prinsipi əsasında həyata keçirilib. Qələmşah İdrisov həmçinin tələbələri dekanlığa vaxtında müraciət etməyə çağırıb. Təhsil haqlarının yığılması işinin məsuliyyəti, işlərin pandemiya şəraitinə uyğunlaşdırılması, müəllimlərin tələbələrlə davranış qaydaları vurğulanıb. Bildirilib ki, müəllimlərin əsas işi təhsilin humanist prinsiplərə əsaslandırılmasıdır.

Daha sonra direktor Yusif Alıyev ADPU-nun yaradılmasının 100 illiyi , ADPU-nun Quba filialının 30 illiyi ilə bağlı tədbirlər planının müzakirəsi və yubileylərin keçireilməsi ilə bağlı tədbirlər planını təqdim edib.  Tədbirlər planında universitetin 100 illik yubileyi ilə əlaqədar nəşr olunacaq kitablar üçün Quba filialı haqqında məlumatların hazırlanması, keçiriləcək təntənəli mərasimdə Quba filialının təmsilçiliyi, ADPU-da keçiriləcək “ADPU Quba filialı 30 ildə: dinamik inkişaf yolu”, “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” adlı beynəlxalq konfransların keçirilməsi, “Fəxri məzunlarımız” adlı foto stendin hazırlanması və digər məsələlər yer alıb. Kollektivin tədbirlər planına ətrafında rəy və təklifləri dinlənilib. Universitetinkeçmiş rəhbər heyəti ilə görüşün təşkili təklif olunub.

Filialın tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov bildirib ki, son dövrlərdə filialda həyata keçirilən tədbirlərlə əlaqədar filialda keyfiyyət dəyişiklikləri baş verir. Struktur rəhbərlərinə verilən qiymət işçilərin işgüzarlığının artırılmasına gətirib çıxarıb. Yeni təyinatlarda rəylərin nəzərə alınması, əməkdaşlıq ruhunun artırılması da qeyd olunub. Direktor müavini filial kollektivinə işlərində uğurlar arzulayıb.

Daha sonra filialda həyata keçirilən optimallaşdırma və rasionallaşdırma işləri və struktur dəyişikliyi nəticəsində yeni yaradılan Keyfiyyətin təminatı şöbəsi haqqında müzakirələr aparılıb. Filialdakı menecmentlik işinin təşkili məsələlərinə aydınlıq gətirilib. Şöbənin əsasnaməsi müzakirəyə çıxarılıb. Kollektiv tərəfindən yekdilliklə qəbul edilib.

İclasın davamı olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Daxili fəaliyyət və intizam Qaydaları”, “Təhsilalanların daxili intizam Qaydaları” və “İşçilərin etik davranış Qaydaları” müzakirəyə çıxarılıb. Bildirilib ki, filial kollegial qərarlarla işləmək yolunu tutub. Filial kollektivinin hər birinin bu qaydalarla tanış olmasının zəruriliyi vurğulanıb.

Tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirovun hazırladığı “İslam Tarixi – II (Əməvilər və Abbasilər)” monoqrafiyası da Elmi Şuranın iclasında təqdim olunub. Bildirilib ki, universiteti tanıdan məsələlərdən biri də monoqrafiya və dərsliklərin yazılmasıdır. Monoqrafiyanın müəllifi Elnur Nəsirov kitabın orta əsrlər tarixinə həsr olunması, kitab üzərində əməyi, sərf etdiyi zaman, kollektivin dəstəyi və s. kimi məsələlərə toxunub. Monoqrafiyanı yüksək qiymətləndirən hər kəsə təşəkkürünü bildirib. Kollektivin monoqrafiya ilə bağlı rəyləri dinlənilib.

Şura iclasında həm də doktorant və Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə Azərbaycan Demokratik Respublikasının yaradılmasının 103-cü il dönümünə həsr olunmuş Elmi konfransın keçirilməsi qaydaları müzakirə olunub. Doktorant və kollektiv üzvlərinin konfransda iştirakı tövsiyə olunub. Qeyd edilib ki, qarşıda duran əsas hədəf tədris keyfiyyətinin və buna uyğun olaraq əmək haqlarının artırılmasıdır.

Elmi Şura cari məsələlər olaraq pandemiya şəraitində işə cəlb olunmuş əməkdaşların iş qrafiki və davamiyyəti məsələsinin müzakirəsi fonunda davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?