ADPU-nun Quba filialında kitab bayramı yaşandı

06.04.2023
ADPU-nun Quba filialında kitab bayramı yaşandı

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialına təqdim olunan kitablardan ibarət sərgi nümayiş olunub.

Filialın Kitabxana və elektron resurslar şöbəsi tərəfindən hazırlanan sərgidə nümayiş olunan kitablar diqqət çəkib. Sərgidə çıxış edən filialın direktoru fizika elmləri doktoru dosent Yusif Alıyev qeyd edib ki, AMEA-nın Prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinın adından Pedaqoji Universitetin Quba filialına 149 nüsxə kitab hədiyyə olunub. Kitablar Ədəbiyyat İnstitutunun rəhbərliyi tərəfindən filialın Tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudova təqdim edilib.

Akademik İsa Həbibəyli tərəfindən ADPU-nun Quba filialının kitabxanası üçün hədiyyə edilən kitablar çox vacib və müasir kitablardır. Buna görə də direktor dosent Yusif Alıyev hörmətli akademik İsa Həbibbəyliyə və Ədəbiyyat İnstitutunun kollektivinə filialın müəllim və tələbə kollektivi adından dərin təşəkkür və minnətdarlığını ifadə edib. Akademik İsa Həbibəylinin Quba filialına göstərdiyi bu diqqət və qayğının yeni müştərək layihələrin yaranması üçün motivasiya olduğunu deyib. “Əgər biz gənclərin daha savadlı və elmli olmasını qarşıya məqsəd kimi qoymuşuqsa filialın kitabxana fondunun zənginləşdirilməsi əsas işlərdən biri olmalıdır”, – deyə direktor dosent Y. Alıyev bildirib.

Daha sonra filialın direktor müavini p.f.d. Aysel Şeydayeva, kafedra müdiri dosent Elnur Nəsirov, dekan müavini Nübar Bayramova, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva çıxış edərək Ədəbiyyat İnstitutu tərəfindən hədiyyə edilmiş yeni kitabların sayəsində tələbə və müəllimlərin müasir kitablara əlçatanlığının təmin olunacağını və bununla da kitabxanada oxucu sayının artacağını qeyd etdilər.

Sonda direktor dosent Y.Alıyev kafedralar və dekanlıqlarla işin daha sistemli aparılması, kitabxanada kafedra günlərinin keçirilməsi, ən fəal oxucu-müəllim müsabiqəsinin təşkili istiqamətində tapşırıq və tövsiyələrini verib.

Öz növbəsində Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva da rəhbərliyə son 4 ildə kitabxana fondunun genişləndirilməsi, elektron kitabxananın yaradılması, digər müəssisələrin kitabxanaları ilə əlaqələrin qurulmasına görə təşəkkür edib, verilən tapşırıqların tez zamanda icrasına başlayacağını bildirib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?