ADPU-nun Quba filialında Tələbərin imtahana psixoloji hazırlığı ” mövzusunda tədbir keçirilib

20.12.2023
ADPU-nun Quba filialında Tələbərin imtahana psixoloji hazırlığı ” mövzusunda tədbir keçirilib

19.12.2023-cü il tarixində ADPU Quba filialında Psixoloji tədqiqat mərkəzinin təşkilatçılığı ilə”Tələbərin imtahana psixoloji hazırlığı ” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva, Psixoloji tədqiqat mərkəzinin rəhbəri Fatimə Qasımova və filialın tələbələri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd tələbələrin imtahana psixoloji hazırlığını təmin etmək idi. Psixologiya müəlliməsi, tədbirin təşkilatçısı Fatimə Qasımova tələbələrə semestr imtahanlarına sistemli ve nizamlı şəkildə hazırlaşmağın faydalarından, özünəinamdan söz açdı. Həmcinin, imtahan öncəsi stress və həyəcanın aradan qaldırılması istiqamətində də faydalı tövsiyələr verdi. Sonda tələbələrin sualları cavablandırıldı, qaranlıq qalan məqamlara aydınlıq gətirildi, uğurlar arzulandı.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?