Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirilib

30.04.2021
Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirilib

Bu gün ADPU Quba filialı və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsrolunan “Zərif xanım, güclü şəxsiyyət Zərifə Əliyeva” adlı tədbir keçirilib.

Zoom platforması üzərindən onlayn formatda baş tutan tədbir küçələrə su səpmişəm musiqisinin sədaları altında akademik Zərifə Əliyevaya həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva açıq elan edib. Çıxış üçün sözü “Böyük ömrün salnaməsi” mövzusunda məruzə üçün YAP Quba rayon təşkilatının sədri Yusif Abidova verib. Y. Abidov tədbir iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, görkəmli şəxslərin fəaliyyətinin ictimaiyyətə çatdırılması hər kəsin borcudur. Zərifə Əliyevanın fəaliyyətindən bəhs edib. Azərbaycanın əldə etdiyi uğurların akademiklə birbaşa əlaqəsini izah edib.

Quba şəhər Bələdiyyəsinin sədr müavini Mehparə Rüstəmova çıxışına Zərifə Əliyeva haqqında bir neçə fikir səsləndirərək başlayıb. Daha sonra onun akademik fəaliyyətinə toxunub. Bildirib ki, gələcək nəsillər Zərifə Əliyevanın xatirəsini daim uca tutacaq.

Tədbirin davamı olaraq ADPU Quba filialı tələbələrinin hazırladığı, Zərifə Əliyevaya həsr olunan  videoçarx nümayiş etdirilib

ADPU Quba filialı TGT-nin sədr müavini Şəhla Qafaraova “Zərifə Əliyevanın həyatı gənclərin gözü ilə2 mövzusunda məruzə edib. Bildirib ki, o, oftalmoloq olsa da, bütün fəaliyyəti həm də Azərbaycan mədəni irsinin dünyaya tanıdılmasına xidmət edib.

YAP Quba Rayon Təşkilatının GB sədri Nərmin Orucova da akademikin elmi fəaliyyətindən söz açıb. Qeyd edib ki, onun alim kimi qazandığı uğurlar Azərbaycan elminə xeyli töhfələr verib. Bu elmi fəaliyyətin qürur mənbəyi olduğunu deyib.

Filialın tarix klubunun sədri Məhəmməd Hacıbalayev Zərifə Əliyevanın gənclərə dəstəyindən söz açıb. Çıxışda akademikin nitq bacarıqları və xarakterik keyfiyyətəri də sadalanıb.

Tədbir filial tələbələrinin hazırladığı videoçarxla bağlı elan edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?