ADPU-nun Quba Filialında Riyaziyyat və təbiət elmləri fakültəsində təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib

25.06.2023
ADPU-nun Quba Filialında Riyaziyyat və təbiət elmləri fakültəsində təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib

İyunun 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası ilə bağlı şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə Riyaziyyat və təbiət elmləri fakültəsində təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib. Valideynlər əvvəlcə imtahan zallarında imtahanın gedişini izləyiblər.

Daha sonra filialın İmtahan qərargahının sədri Pərvanə Rzayeva, dekan müavinləri Nubar Bayramova, Mürvət Əliyev görüş iştirakçılarına imtahanların şəffaf, obyektiv və yüksək səviyyədə keşirilməsi məqsədilə yaradılan İmtahan komandası haqqında məlumat verib, valideynlərin suallarını cavablandırıblar.

Görüşdə, həmçinin filialın Tədris və elmi işlər üzrə direktor müavini t.f.d.İsmayıl Mahmudov, Fakültənin kafedralarında çalışan müəllimlər, tyutorlar Səadət Mirzəyeva və Günel Məlikova da iştirak edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?