“Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” Respublika elmi konfransına tezislər qəbul olunur

22.04.2021
“Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” Respublika elmi konfransına tezislər qəbul olunur

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda respublika elmi konfransı keçiriləcək. 26-27 May, 2021-ci ildə, Bakı Dövlət Universitetində təşkil olunacaq konfransın onlayn formatda Micrasoft Teams platforması üzərindən keçirilməsi nəzərdə tutulur.

Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.

Konfransa tezislərin göndərilməsi üçün son tarix 10 May, 2021-ci il nəzərdə tutulub.

Mövzular isə aşağıdakılardan ibarətdir:

 Müsəlman Şərqində ilk parlamentli respublika: ərazisi, əhalisi, dövlət rəmzləri;

Azərbaycan – Türkiyə qardaşlığının Bakı zəfəri;

Azərbaycan Xalq Cümhuriyyətində milli dövlət quruculuğu məsələləri;

Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğu və Ermənistanın təcavüzünə qarşı mübarizə;

Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti;

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti;

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, mədəniyyət və sosial sahədə fəaliyyəti;

Şərqin Avropa tipli ilk ali təhsil ocağı;

Azərbaycan Milli Ordusunun uğurlu Qarabağ əməliyyatları

Cümhuriyyət qurucuları;

Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yeri;

Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir;

Vətən müharibəsində qazanılan qələbə: tarixi əhəmiyyəti və nəticələri;

İşğaldan azad edilən ərazilərin tarixi maddi-mədəniyyət abidələri və onların bərpası məsələsi.

Tezsilər may ayının 10-dək Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın e-mail ünvanına /kamalanacafova@bsu.edu.az/ və master_tarix@bsu.edu.az (mütləq hər iki ünvana) göndərilməlidir.

Tezislərə qoyulan tələblər və digər məlumatlarla daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?