ADPU-nun Quba filialında Mediasiya Şurasınin təlimçiləri ilə görüş keçirilib

22.11.2023
ADPU-nun Quba filialında Mediasiya Şurasınin təlimçiləri ilə görüş keçirilib

Görüşdə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Qusar 1 saylı Mediasiya Təşkilatının rəhbəri Radik Kazımov, Quba rayonu üzrə mediator Azər Əliyev, hüquqşünas Natiq Əzizov, filialın müəllim və tələbə kollektivi iştirak edib.

Tədbiri giriş nitqi ilə açıq elan edən filialın direktoru dos.Y.Alıyev qonaqları salamlayıb, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilova ADPU-nun Quba filialı ilə səmərəli əməkdaşlığa görə öz təşəkkürünü bildirib, qeyd edib ki, Cənab Prezident İlham Əliyevin ölkəmizdə bütün istiqamətlərdə apardığı köklü islahatların tərkib hissəsi olan məhkəmə – hüquq islahatları çərçivəsində mediasiya sahəsinə də diqqət və qayğı çox mūhüm yer tutur, daha sonra yaxın günlərdə növbəti görüşü Qusar 1 saylı Mediasiya Təşkilatında təşkil etmək üçün təklif irəli sürüb.

Tədbirdə çıxış edən digər natiqlər R.Kazımov, N.Əzizov, A.Əliyev qeyd ediblər ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanından ireli gələn məsələlərdən biri də “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması olmuşdur. Qeyd edilən Qanun qəbul edilərək 29 mart 2019-cu il tarixində Cənab Prezident İlham Əliyev tərəfinden imzalanaraq qüvvəyə minmişdir. Qanundan irali gələn münasibətlər üzrə Azərbaycan Respublikasınin Mediasiya Şurası nəzarətedici, tənzimləyici və qiymətləndirici qurum kimi dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış və xatirə şəkli çəkdirilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?