“Onun fırçası Şəhid atasının xatirəsini çəkir:

18.04.2024
“Onun fırçası Şəhid atasının xatirəsini çəkir:

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 44 günlük Vətən müharibəsi şəhidi, tabor komandirinin müavini, kapitan Məlikov Aqil Niyaz oğlunun övladı Xədicə Məlikli AzTV-nin lentə aldığı “Onun fırçası Şəhid atasının xatirəsini çəkir: qanı ilə boyanan torpağı qızı kətana hopdurur” adlı filmdə rol alıb.

Qeyd edək ki, filmin kadrları Qarabağda, Şuşada çəkilib.

Xədicə Məlikli həm də ADPU-nun Quba filialının “Bir günlük direktor” layihəsinin iştirakçısıdır.

Gözəl Xədicə balamızı uğurlu işinə görə şəxsən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin və bütün kollektivin adından təbrik edirik. Biz onun işıqlı gələcəyinə çox inanırıq. İnşallah Xədicə balamız atasının arzularını yerinə yetirər.

Yolun açıq olsun, qəhrəman övladı, günəş işıqlı balamız!

Ruhun şad olsun, Aqil Məlikov. Əziz xatirən hər zaman qəlblərimizdə yaşayacaq.

Allah Şəhidlərimizə rəhmət eləsin!

https://www.facebook.com/aztvresmi/videos/2852381468254034

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?