HAQQ MÜBARİZƏSİNDƏ QƏLƏBƏ HAQQIMIZDIR!

12.11.2020
HAQQ MÜBARİZƏSİNDƏ QƏLƏBƏ HAQQIMIZDIR!

Doğulmaq, yaşamaq, ölmək – insanın “həyat” dediyi məhz bu üç hadisə arasındakı zamandır. Bu zaman kəsiyində əsl insan olmağa çalışmaq isə qarşıya qoyduğumuz məqsədlərdən asılıdır. Ən böyük məqsədimiz Vətən, dövlət, millət, torpaq, ailə, şərəf, namus, mərdlik və bu kimi dəyərlərimizi daim uca tutmaq və qorumaqdır. İnsan kimi doğulmaq dünyanın bütün insani varlıqlarının taleyinə yazılıb, lakin insan kimi yaşayıb, şərəfli ölmək isə hamıya qismət olmur. Əgər bu dünyada şərəfli həyatın və ölümün varlığını anlaya biliriksə, bu, böyük bir tale hədiyyəsidir.
Azərbaycan xalqı tarixən öz mərdliyi, şücaəti, dürüstlüyü, şərəfi ilə seçilib, ad qazanıb. Bu xalq daim öz dəyərlərinə sadiq qalmağı bacarıb. Məhz bu səbəbdəndir ki, bu gün haqlı mübarizəmizdə kiçikdən böyüyə hamımız eyni hisslərlə, eyni mərdliklə və birliklə davranırıq. Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalq torpaqlarımızın azadlığı uğrunda erməni kimi mənfur, şərəfli həyat və ölümdən xəbərsiz, qatil ruhlu, əqidəsiz, özgə torpaqlarına göz dikən varlıqla mübarizə aparır. Ancaq ermənilər – cılız düşüncəyə sahib varlıqlar, insan olmağın şərəfindən xəbərsizdirlər.
Mənfur düşmənin unutduğu bir şey var: Xalqımızın hər bir nümayəndəsi üçün Vətən, torpaq, dövlət çox dəyərlidir. Bu gün Vətən müharibəsində istər bütün dünyaya qətiyyətlə haqq səsimizi çatdıran cənab Prezident İlham Əliyev, istər ön cəbhədə layiqincə döyüşən qəhrəmanlarımız, istər arxa cəbhədə qürurla birlik nümayiş etdirən ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri – hər kəs bu gün haqq mübarizəsində cəsarət nümayiş etdirir. Biz şərəfli xalqıq, şərəfli xalqların vətənləri də, torpaqları da, dövlətləri də, insanları da tarixdə silinməz izlər qoyur, silinmir, bir ölür, min dirilir, amma əsla yox olmur, varlığını sübut edir, gec ya tez azadlığını car çəkir, qazanır və qoruyur. Bizim gücümüz şərəfimizdən doğur.
İnsan bu dünyada doğulandan ölümün varlığı ilə barışmasa da, ölüm hər bir insanı gec-tez haqlayır, varlığını sübut edir. Bu sübuta kimi isə qarşımızdakı məqsədimiz dəyərimizdir. Bu dəyərdən nə olur-olsun, vazkeçilməyəcək. Hər birimiz silahımızla, qələmimizlə, ağlımızla, cəsarətimizlə illərdir, düşmən tapdağı altında qalan doğma yurd-yuvamızı xilas etmək üçün əlimizdən gələni edəcəyik və edirik! Haqlı mübarizəmizdə yanımızda olanlarla birlikdə qələbəni qeyd edəcəyimiz gün artıq çox yaxındadır!

http://yeniazerbaycan.com/SonXeber_e71359_az.html

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?