Rumıniyada bütün ixtisaslar üzrə təhsil proqramı davam edir – Təqaüd imkanı

Rumıniyada bütün ixtisaslar üzrə təhsil proqramı davam edir – Təqaüd imkanı

Rumıniya Xarici İşlər Nazirliyi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edib. Bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edən proqram çərçivəsində tədris rumın dilində aparılacaq. Müraciət üçün son tarix 23 aprel 2021-ci ildir.

Hansı ixtisaslar üzrə təhsil almaq mümkündür?

Memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, təhsil, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq, tibb, stomatologiya və əczaçılıq ixtisasları nəzərdə tutulmayıb.

Hansı xərclər qarşılanır?

Təhsil haqqı, yataqxana xərcləri qarşılanır. Qidalanma və nəqliyyat xərclərinin şəxsi vəsaitlə qarşılanması nəzərdə tutulub. Təhsilalana bakalavriat səviyyəsi üzrə 65, magistratura təhsil səviyyəsi üzrə 75, doktorantura üzrə isə 85 avro aylıq maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulub.

Nə etməli?

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 23.04.2021-ci il tarixinədək Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidir. Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirliyi tərəfindən həyata keçirilir.

Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə qeyd olunan elektron poçt vasitəsilə (baku@mae.ro) əlaqə saxlamağınız və bütün sənədləri təqdim etməzdən əvvəl Səfirliklə qəbul vaxtı təyin etməyiniz tövsiyə olunur.

Proqram barədə daha ətraflı təlimatla link vasitəsilə tanış ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?