Təlimlər filialın Tələbə Gənclər Təşkilatının (TGT) və filialın Tarix coğrafiya müəllimliyi ixtisasının 2022-ci il məzunu Elvin Şükürovun təşkilatçılığı ilə həyata keçirilib.
Təlimin ilk günü Debat klubun üzvlərinə ümumi məlumatlar çatdırılıb, qeyd olunub ki, debat – özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlament və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətdir. Debat əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat – qarşı tərəfin hisslərini, düşüncələrini və fikirlərini dəyişdirməyi və ya yeniləməyi və digər insana təsir etməyi hədəfləyən bir nitq formasıdır.
Qeyd edək ki, Debat təlimləri 1 ay müddətinə davam edəcəkdir.