“Heydər Əliyevin elm və təhsil siyasəti: Azərbaycan təhsilinin inkişaf yolları, davamlı təhsil”

30.11.2023
“Heydər Əliyevin elm və təhsil siyasəti: Azərbaycan təhsilinin inkişaf yolları, davamlı təhsil”

ADPU-nun Quba filialının Tələbə Elmi Cəmiyyətinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin elm və təhsil siyasəti: Azərbaycan təhsilinin inkişaf yolları, davamlı təhsil” XIV Elmi konfrans keçirilib

Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi və Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransda fizika elmləri doktoru, dosent, Qabaqcıl təhsil işçisi, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev “Tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsi məsələsinin aktuallığı” mövzusunda açılış nitqi ilə çıxış edib.

Daha sonra konfransda Humanitar elmlər kafedrasının müəllimi, əməkdar mədəniyyət işçisi, uzun illər Heydər Əliyev irsini gənc nəslə təbliğ edən Elza Orucova Ümummilli lider Heydər Əliyevin elm və təhsil sahəsində gördüyü işlər haqqında geniş və məzmunlu məruzə ilə çıxış edib.

Daha sonra konfransda Fidan Hüseynova – YAP Quba rayon təşkilatının sədri, Laçın Səfərəliyev – Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Ramiz Qusarçaylı – AYB-nin Quba rayon bölməsinin sədri, Azərbaycanın görkəmli şairi çıxış edib.

ADPU-nun Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayevanın moderatorluğu ilə davam edən konfransda Zəhra Məmmədova – Filialın fakültə üzrə TEC sədri, Nəzrin Qasımova- Filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının I tədris ili tələbəsi Günəş İskəndərov – Filialın Tarix müəllimliyi ixtisasının I tədris ili tələbəsi çıxış ediblər.

Sonda Filialın Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə hazırlanan Ulu Öndər Heydər Əliyevə aid kitab sərgisi nümayiş etdirilib, xatirə şəkli çəkdirilib.

Plenar iclasdan sonra konfrans öz işini 4 bölmə üzrə davam etdirib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?