ADPU-nun Quba filialında şair İbrahim İlyaslının yaradıcılığına həsr olunmuş “Tanrım, görən mən kiməm?…” adlı onlayn görüş keçirilib

ADPU-nun Quba filialında şair İbrahim İlyaslının yaradıcılığına həsr olunmuş “Tanrım, görən mən kiməm?…” adlı onlayn görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə 12 yanvar 2021-ci il tarixində, saat 11:00-da “ZOOM” platforması üzərindən çağdaş Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, tanınmış şair, tərçüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşğari Medalı”, “Qızıl kəlmə” mükafatı, “Şahmar Əkbərzadə mükafatı” laureatı, Türk Ədəbiyyatı Vakfının Fəxri üzvü İbrahim İlyaslının yaradıcılığına həsr olunmuş “Tanrım, görən mən kiməm…” adlı görüş keçirilib. Görüşdə filialın direktoru dosent Yusif Alıyev, şair İbrahim İlyaslının qızı Sənubər İlyaslı, Bakı şəhəri 284 saylı tam orta məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Nizami Novruzov, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər (şairə),  filoloq-tərcüməçi Aygün Yaşar, Şəhla Aslan, “Qazi” Universitetinin doktorantı Hikmət Fərzəli filialın müəllim və tələbə kollektivi iştirak edib.

Tədbiri açıq elan edən filialın direktoru dosent Yusif Alıyev şair İbrahim İlyaslı yaradıcılığının əsas motivləri, yetişdiyi ədəbi mühit, şairin şeirləri, tərcümələri, əsərləri, ümumilikdə həyat və yaradıcılığı haqqında məlumat verib.

Daha sonra filialın İbtidai sinif müəllimliyi ixtisasının 1-ci tədris ili tələbələri Asəfova Səmanın və Həsənova Rəşidənin ifasında şairin şeirlərindən nümunələr (Necəsən, zalım necəsən?, Getsin,  Yoxdur, Tanrım, görən mən kiməm?) səsləndirilib, hazırlanan videoçarxlar nümayiş etdirilib. Tədbirdə çıxış edən görkəmli şair İbrahim İlyaslı təşkilatçılığa görə filialın direktoru dosent Yusif Alıyevə təşəkkür edib, şeirlərini yaratdığı “şairlik laboratoriyası” haqqında danışıb.
Tədbirdə həmçinin pedaqoq Nizami Novruzov, şairə Adilə Nəzər (şairə),  filoloq-tərcüməçi Aygün Yaşar, Şəhla Aslan, Kitabxana şöbəsinin müdiri Samirə Hacıyeva, filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Rahib Alpanlı, Eyvaz Şeydayev, THİK sədri Aygün Şıxbabayeva, filialın Dekanlığının əməkdaşı, YAP Qadınlar Şurasının sədr müavini Nəhayət Şirinova, baş müəllim Ayaz Məmmədov, TEC sədrinin müavini Azər Zahirov və digərləri də çıxış edərək şairin yaradıcılığı ilə yaxından tanış olduqlarını diqqətə çatdırmış, mövzular üzərində dəyərləndirmələr apararaq şairə gələcək işlərində uğurlar arzulamışlar. İbrahim İlyaslı kimi görkəmli və sevilən şairlərimizlə qürur duyduqlarını vurğulamışlar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara şair İbrahim İlyaslı cavab vermişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?