ADPU-nun Quba filialında Azərbaycanda Heydər Əliyev İli çərçivəsində və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəhid ailələri və qazilərlə görüş keçirilib.

03.11.2023
ADPU-nun Quba filialında Azərbaycanda Heydər Əliyev İli çərçivəsində və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəhid ailələri və qazilərlə görüş keçirilib.

Görüşdə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Azərbaycanın görkəmli şairi Ramiz Qusarçaylı, şəhid ailələri, qazilər iştirak edib.

Görüş Filialın Heydər Əliyev adına lektoriyada təşkil edilib.

Görüş zamanı Şəhid Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, Şəhid Miqdad Abduləlimovun atası Faiq Abduləlimov, Şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarova, Şəhid Seymur Qocayevin anası Rəsmiyə Qocayeva, Şəhid Tamerlan Əliyevin anası Zümrüd Əliyeva, Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev çıxış edib, qazilər Tunar Cəfərli, Səyyad Nəcəfli görüşün təşkilatçılığına görə Filial rəhbərliyinə təşəkkür edib, Filialda bu istiqamətdə görülən işləri yüksək dəyərləndirib, dosent Yusif Alıyevin onlar üçün əsl vətənpərvər oğul kimi dəyərləndirdiklərini diqqətə çatdırıblar.

Görüşdən sonra Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyası ziyarət edilib, Şəhid Nuranın anasının çiçək hədiyyəsi auditoriyaya təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?