23 may 2023-cü il tarixində Özbəkistanın İpək Yolu Tədqiqat Akademiyasının (Silk Road Resarch Academy) rəhbəri professor Azamat Akbarov tərəfindən ADPU-nun Quba filialında professor-müəllim heyəti və tələbələrinin effektiv dil öyrənmə və tədris etmə bacarıqlarını inkişaf etdirmək məqsədilə “21-ci əsrin dilinin öyrənilməsi və tədrisi: mədəniyətlərarası təhsilin həyata keçirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda filialın İngilis dili müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələri və professor-müəllim heyəti iştirak etmişdir.
Filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev tədbiri giriş sözü ilə açaraq professor Azamat Akbarovun elm və təhsil sahəsindəki fəaliyyəti və filialda təşkil edilən seminarın əhəmiyyəti haqqında iştirakçılara məlumatlar verərək tədbirin həyata keçirilməsinə şərait yaratdıqlarına görə ADPU-nun rektoru professor Cəfər Cəfərova və ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə xanım Hüseynovaya təşəkkür və minnətdarlığını bildirdi.
Təlimin sonunda professor Azamat Akbarov filialın Elmi Şurasının qərarı ilə Fəxri fərmanla təltif edilmişdir.
Azamat Akbarov may ayı ərzində Azərbaycanı qarış-qarış gəzəcəyini və Azərbaycan haqqında özbək və ingilis dilində kitab yazacağını bildirmişdir.