“Milli Dirçəlişdən milli tərəqqiyə uzanan yol”

18.11.2023
“Milli Dirçəlişdən milli tərəqqiyə uzanan yol”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Heydər Əliyev İli çərçivəsində və 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar “Milli Dirçəlişdən milli tərəqqiyə uzanan yol” mövzusunda Filialın Şəhid Miqdad Abduləlimov adına auditoriyasında 16 noyabr 2023-cü il tarixində tədbir keçirilib.

ADPU-nun Quba filialının Tarix müəllimliyi ixtisasının II tədris ili tələbəsi Nərmin Həsənlinin moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mürvət Əliyev – Humanitar və sosial elmlər fakültəsinin dekanı, Təhminə Əliyeva – Filialın Humanitar elmlər kafedrasının müəllimi, Emil İsmayılov – Filialın Tarix müəllimliyi ixtisasının II tədris ili tələbəsi, Nəzrin Hacıyeva – Filialın Coğrafiya müəllimliyi ixtisasının II tədris ili tələbəsi mövzu ətrafında geniş məruzələrlə çıxış ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?