“ASAN xidmət” mərkəzi könüllülük fəaliyyəti iə bağlı tədbir keçirib

22.11.2022
“ASAN xidmət” mərkəzi könüllülük fəaliyyəti iə bağlı tədbir keçirib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələrinin “ASAN xidmət” mərkəzində könüllülük fəaliyyətinin təbliği ilə bağlı Quba regional “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsləri ilə görüşü baş tutub. Görüş çərçivəsində tələbələrə mərkəzdə könüllülərlə işin təşkili barədə məlumat verilib. Məlumatlar Asan xidmət mərkəzinin əməkdaşları tərəfindən çatdırılıb, görüşdə 200-dən çox tələbə-gənc iştirak edib.
ASAN könüllüləri bu günə qədər vətənpərvərlik, dövlətçilik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf istiqamətində müxtəlif yerli və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı qismində çıxış ediblər.
İnkişaf etmək istəyən hər bir gənci könüllü olmağa dəvət edirik!
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?