Quba filialında Şəhid Nuran Mirzəyevin adına olan auditoriyada Şəhidin xatirəsi anılıb

23.10.2022
Quba filialında Şəhid Nuran Mirzəyevin adına olan auditoriyada Şəhidin xatirəsi anılıb
Filialın direktoru dosent Y.Alıyev struktur rəhbərləri ilə birlikdə Xarici dil auditoriyasında təhsil alan tələbələrlə görüşüb, əvvəlcə 1 dəqiqəlik sükutla Şəhidlərimizin əziz xatirəsi yad edilib, daha sonra vurğulanıb ki, Nuran Akif oğlu Mirzəyev 1999-cu il 27 iyul tarixində Quba rayonunun Dağlı kəndində anadan olub. 2005-2014-cü illərdə Qımıl kənd ümumi orta məktəbində təhsil alıb. Təhsilini davam etdirərək 2014-cü ildə Quba Peşə Liseyinə daxil olub. 2017-ci ildə Quba Peşə Liseyini bitirərək rabitə, elektrik montyoru, sürücü ixtisaslarına yiyələnib.
2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Nuran Mirzəyev 28 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağırılıb və 29 sentyabr 2020-ci ildə Vətən müharibəsinə yollanıb. 19 oktyabr 2020-ci ildə Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
21 oktyabr 2020-ci ildə Quba rayonunun Qımıl kəndində dəfn olunub.
Daha sonra Quba rayonunun Qımıl kəndində Şəhidin məzarı filialın rəhbərliyi və tələbə kollektivi tərəfindən ziyarət edilib.
Qeyd edək ki, Quba filialında15 sentyabr 2022-ci il tarixində filialın direktoru dosent Y.Alıyevin təşəbbüsü ilə Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyası yaradılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şəhid Nuran Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nuran Mirzəyev ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət etsin!
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?