ADPU-nun Quba Filialında Ümummilli lideri Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar konfrans keşirilib.

11.12.2019
ADPU-nun Quba Filialında Ümummilli lideri Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar konfrans keşirilib.

ADPU-nun Quba Filialında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar “Ümummilli liderin irsi milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

     Dekabrın 11-də ADPU-nun Quba filialının Heydər Əliyev auditoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar “Ümummilli liderin irsi milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda filialın direktoru dosent Yusif Alıyev, filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Pedaqoji və ictimai fənlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov, Ümumi şöbənin müdiri Sahilə Ağasıyeva, Kitabxana müdiri Samirə Hacıyeva, Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimləri Mürvət Əliyev, Novruz Kərimov, filialın əməkdaşları Nəhayət Şirinova, Elnarə Ağasıyeva, TEC sədr müavini Ayşən Bağılı və tələbə -gənclər iştirak edib.
Əvvəlcə 1 dəqiqəlik sükutla ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib. Daha sonra tədbiri açıq elan edən filialın direktoru dosent Yusif Alıyev bildirib ki, 12 dekabr ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Bu gün də ulu öndər Heydər Əliyevin ideyaları gənclərimiz üçün mayakdır. Sonda dosent Yusif Alıyev qeyd etdi ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.
Daha sonra tədbirdə Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimləri Mürvət Əliyev, Novruz Kərimov, filialın “Tarix və coğrafiya müəllimliyi” ixtisasının II tədris ili tələbələri çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, uzaqgörən ideyalarından, azərbaycançılıq ideologiyasından ətraflı bəhs etdilər.

Sonda Ulu Öndərə həsr edilən video-çarx nümayiş olundu.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?